ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib.
Sherg.az-ın məlumatına görə, Tramp bildirib ki, İranın nüvə proqramı 20 il müddətinə dayandırılmalı və bu, real öhdəlik olmalıdır. O həmçinin İranın raket imkanlarının 80%-inin tükəndiyini iddia edib.
Tramp Çin lideri Xi Jinping ilə görüşdə İran, Tayvan və Hörmüz boğazı məsələlərini müzakirə etdiyini deyib. Onun sözlərinə görə, ABŞ Çin tərəfdən Hörmüz məsələsində İrana təzyiq göstərilməsini istəyib.
ABŞ Prezidenti həmçinin yaxın günlərdə Çin nefti alan şirkətlərə tətbiq edilən sanksiyaların yumşaldılması ilə bağlı qərar verə biləcəyini də qeyd edib.