6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu

Yaponiyada 6,7 bal gücündə zəlzələ baş verib. Hadisə ölkənin şimal-şərqində yerləşən Ofunato şəhəri yaxınlığında qeydə alınıb.

Sherg.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) məlumatına görə, zəlzələ 8 km dərinlikdə meydana gəlib.

Rəsmilər bildirib ki, sunami ilə bağlı heç bir xəbərdarlıq edilməyib və hazırda itki və ya ciddi dağıntı barədə məlumat yoxdur.