Kremlin planları və niyyətləri açıq görünür
Turan
07:43 27.05.2021
Cəmiyyət
636
"Azərbaycan taktiki gediş baxımından KTMT-yə üzv olarsa, Ermənistan üzərində üstünlüyümüz olmayacaq"
“Rusiyanın Cənubi Qafqaz planı Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı üzvlüyünə cəlb etməkdir”.
Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Rusiyanın xarici işlər nazirinin muavini Rudenko KTMT qapılarının Azərbaycanın üzünə açıq olduğunu mesajını verməklə, bu istiqamətdə Bakı və Moskva arasında diplomatik danışıqların getdiyini göstərir:
“KTMT-nin Ermənistan və Azərbaycan münaqişəsində İrəvanın cəhdlərinə baxmayaraq, prosesə seyrçi qalması Bakını narazı salmamaqla üzvlüyə cəlb etmək planına əsaslanır. Qaragöl ətrafında baş verən problemlərə rəğmən, hərbi təşkilat növbəti dəfə səssiz qaldı. Çünki prosesə qatılması Rusiyanın əleyhinə yönələ bilərdi. Hazırda Rusiya hərbi yolla deyil, “yumşaq güc”dən istifadə edərək Zəngəzur dəhlizinin açılmasına və Bakının təşkilata üzv olmasına çalışır. Azərbaycanın bu təşkilata üzvlüyü real görünmür.
Prezident ötən həftə ABŞ-la hərbi əməkdaşlıqda maraqlı olduğunu və yeni müasir silahlar alınacağı mesajını verdi. Demək olar ki, Azərbaycanda Türkiyənin qeyri-rəsmi hərbi bazası var.
Azərbaycan Türkiyə ilə konfiqurasiya halında Qərblə əməkdaşlıqda maraqlı görünür. Lakin Azərbaycanın son günlər Qərblə təmaslarına rəğmən Moskva da öz planında israrlı görünür”.
Ekspert bəyan edib ki, Azərbaycan taktiki gediş baxımından KTMT-yə üzv olarsa, Ermənistan üzərində üstünlüyümüz olmayacaq:
“O zaman Ermənistana Qərb daha çox dəstək verə bilər. Bundan əlavə Tacikistan-Qırğızıstan konfliktindən sonra bu qurumun siyasi-hərbi fəaliyyəti fiaskoya uğrayıb. KTMT Ermənistanın işğalına zəmin yaratmaq üçün təsis edilmişdi. Azərbaycanın hərbi cəhətdən möhkəmlənməsi və aparılan siyasət bu qurumun, xüsusilə Rusiyanın Azərbaycana qarşı siyasətində korrektələr etməyə gətirib çıxardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm