Məhkumluğu olmuş şəxslər məktəbə ayaq basmamalıdır
Yusif Nəzərli
08:23 22.10.2023
Cəmiyyət
472
Müəllimlərin işə qəbulu imtahanlarında mütləq psixoloqlar da iştirak etməlidir
Uşaqlara qarşı cinsi istismara görə məhkum edilmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Qanuna edilən dəyişikliyi müsbət adlandıran psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bunun vacib olduğunu dedi:
- “Ümumi təhsil haqqında” qanuna belə bir dəyişikliyin edilməsi çox müsbət və zəruri addımdır. Yaşadığımız dövrdə uşaqların hər növ istismarı halları təəssüf ki, azalmayıb. Uşaqlarla bağlı istər əməyin istismarı olsun, istər məişət zorakılığı, istərsə də cinsi istismar hallarına rast gəlinir. Və çox təəssüf ki, bu kimi halları törədənlər arasında bəzən müəllimlər də olur. Ona görə də uşaqlara qarşı cinsi istismara görə məhkum edilmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulması tamamilə düzgündür. Hətta mən deyərdim ki, nəinki cinsi istismar, əməyin istismarı və məişət zorakılığı hallarına yol verənlər də müəllim işləməməlidirlər. Necə ola bilər ki, evdə öz övladına zor tətbiq edən birisi gəlib məktəbdə xalqın uşağına dərs keçsin?! Belə adamın keçdiyi dərs, verdiyi tərbiyə nə olacaq? Şagirdlər ondan hansı müsbət cəhəti nümunə götürəcəklər?!. Ümumiyəytlə, barəsində məhkumluq olmuş şəxslər məktəbə ayaq basmamalıdır.
F.Mehmanqızı qeyd etdi ki, pedaqoji işçilərin psixoloji testdən keçirilməsi vacibdir:
- Müəllimlərin biliyinin yoxlanması – sertifikasiya keçirildiyi kimi, eləcə də psixoloji testdən keçirilməsi vacibdir. Müəllimlərin işə qəbulu imtahanlarında mütləq psixoloqlar da iştirak etməlidir. Bilinməlidir ki, şagirdlər sabah kimə həvalə ediləcək. Bu müəllim stressin öhdəsindən gələ bilirmi, əsəblərinə hakim ola bilirmi, gərginliyə dözümü hansı həddədir, psixoloji durumu məktəb şəraitinə uyğundurmu. İşə qəbul prosesində psixoloji testlər təqdim olunmalı və onlara verilən cavablara əsasən də şəxsin psixoloji durumu müəyyənləşməlidir. Təkcə orta məktəblər deyil, ali məktəblər üçün də bu, vacib şərtdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm