Meşə yanğınlarına ÇARƏ: Cəzalar sərtləşdirilməlidir...
Yusif Nəzərli
10:59 21.08.2023
Cəmiyyət
520
“Meşələr Azərbaycanın qiymətli milli təbii sərvətidir. Meşələr torpaqları şoranlaşmadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və tənəffüs etdiyimiz havanı saflaşdırır".
Bunu "Sherg.az"a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli son zamanlar dağlıq ərazilərdə baş verən yanğınlardan danışarkən deyib. Onun sözlərinə görə, meşə sahələrinin yanğın təhlükəsizliyini təmin etmək hər bir vətəndaşın borcudur:
"Çox təəssüf ki, bir sıra vətəndaşlarımız hələ də meşələrin əhəmiyyətini lazımınca dərk etmir, canlı təbiətə doğma münasibət göstərə bilmirlər. Halbuki insan oğlu meşələrdən bəhrələnməli, eyni zamanda onun gələcək nəsillərə ötürülməsinin qayğısına qalmalıdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub, saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə edilməyən alovun yayılmasına səbəb olur. Bu isə qiymətli çoxillik ağacların məhv olmasına, bitki örtüyünün yanmasına gətirib, çıxarır. Meşə yanğınları əsasən, Dağlıq Şirvan, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınır.
Doğrudur, son zamanlar, xüsusən, avqust ayında anormal istilər düşdü. İsti aylarda meşələrdə yanğın riski daha çox olur. Ancaq insan amili bu məsələdə başlıca rol oynayır. Araşdırsaq, məlum olar ki, meşə yanğınları daha çox piknik ərazilərinə yaxın bölgələrdə baş verir. Piknik yerlərində istirahətə gələn bəzi məsuliyyətsiz insanlar manqal, samovar qaladıqdan sonra odu söndürmürlər. Adi bir qığılcım isti aylarda böyük meşə yanğınlarına səbəb ola bilər. Buna görə də yay aylarında özəlliklə, piknik yerlərinə nəzarət gücləndirilməlidir. Meşələrin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin görülməsi vacibdir. Ölkə meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və Mühafizəsi Departamentinin üzərinə düşür. Bir dəfə təklif vermişdik ki, bu qurumun səlahiyyətləri genişləndirilməli, maddi-texniki bazası gücləndirilməlidir. Bundan başqa, meşə yanğınları ilə bağlı cəzalar sərtləşdirilməlidir. Vətəndaşlarımız da məsuliyyətli olmalı, meşələrə daha qayğı ilə yanaşmalıdır. Piknik ərazilərində yanğın təhlükəsizliyinə əməl edilməlidir”.
Qeyd edək ki, ötən dəfə Ağsuda dağlıq ərazidə yanğın olub. Yanğın hadisəsi Ağsu rayon Gürcüvan kənd ərazisində yüksək dağlıq ərazidə baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, bundan daha əvvəl Şamaxı, Qəbələ rayonunda da dağlıq ərazidə yanğın baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya