Məzuniyyət məcburi olacaq? – “...Kompensasiya vermək mümkün olmayacaq” – Mexanizm işləməyəcək!
Yusif Nəzərli
13:14 11.02.2022
Cəmiyyət
2097
Məcburi məzuniyyətlə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi təklif edilib.
“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur:“Lakin bəzən bu haldan sui-istifadə halları olur. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin keyfiyyətinə mənfi təsir etmə halları olmasın. Məzuniyyət də tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti təqvim ilinə keçirilməsi kimi həll oluna bilər”.
Qanun hər bir işçinin məzuniyyət haqqı olduğunu bildirir. Bəzi müəssisələr işçinin bu haqqını görməzdən gəlir. Bəzən də onları məzuniyyətə göndərirlər. Lakin işçi məzuniyyətini tamamlamamış işə gəlir. Bununla bağlı tədbirlərə ciddi yanaşılması problem ortadan qaldıra bilər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, konstitusiyaya görə hər kəsin ən azı 21 gün olmaqla əmək məzuniyyətindən istifadə etmək hüququ var:
“Bu da, Əmək Məcəlləsinin 135-ci maddəsində əks olunub. 1999-cu ildə qəbul edilmiş redaksiyada göstərilirdi ki, bu məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətə 21 və ya 30 təqvim günü 1 iş ilindən digər iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətinin dalbadal 2 il ərzində verilməməsi qadağandır. Yəni bu, Məcəllənin ilk redaksiyasında qadağa olub. Bunu pul verməklə əvəzləmək olmur. O qədər məzuniyyəti birdən-birə vermək də mümkün deyil. Ona görə də 2006-cı ildə Əmək Məcəlləsinə dəyişiklik etdilər. Qeyd olundu ki, bu məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Amma 2-ci bəndə yazdılar ki, işçi müvafiq iş ili ərzində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili və yaxud iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətindən müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir”.
Mütəxəssis təklifi izah edib:
“İndi təklif verirlər ki, ikinci hissə çıxardılsın və yenə də hər il məzuniyyətin verilməsi məcburi olsun. Bu halda kompensasiya vermək mümkün olmayacaq. Hesab edirəm ki, bu, öyrənilmədən belə bir addımın atılması tamamilə düzgün deyil. İnsanlar var, 10 ildir, məzuniyyəti yığılıb. Bəlkə də, bu təklif əvvəlki illərə şamil olunmayacaq. Bundan sonra işçiyə məzuniyyət verilməyəndə onu pulla əvəzləmək mümkün olmayacaq və batıb gedəcək. Bu düzgün deyil. Təklifi verənlər hüquqi baxımdan haqlıdırlar. Konstitusiyaya əsaslanır. Bu, əməyin mühafizəsiylə bağlı məsələdir. İşçilər istirahət etməyəndə sağlamlıqlarına ziyan dəyə bilər. Bu cəhətdən haqlıdırlar”.
S.Məmmədov qeyd edib ki, reallığı nəzərə alsaq, təklifin həyata keçirilməsi qeyri-mümkündür:
“Ümumiyyətlə, ildə 4-5 dəfə köhnə məcəlləyə əlavələrin edilməsi məqsədəuyğun deyil. Onsuz da bu məcəlləyə az-çox ancaq dövlət sektorunda əməl olunur. Özəl sektor bu məcəlləni çoxdan unudub. Çünki o qədər dəyişiklik və əlavələr edilib ki, artıq tətbiq etmək mümkün deyil. Dövlət sektorunda da kim necə anlayır, o cür də tətbiq edir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol