MTN generalının əmlakları qaytarıldı?
Yusif Nəzərli
11:11 09.02.2023
Cəmiyyət
397
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanovla bağlı hökm və qərara müsadirə olunmuş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün təqdimat verilib.
Bakupost.az lent.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimat onunla əsaslandırılıb ki, daxil olan müraciətlərə əsasən müsadirə olunmuş əmlaklar cinayət əməlinin əhatə etdiyi dövrdən kənar vaxtda əldə olunub. Bundan başqa ərizəçilər həmin əmlakları qanuni yolla əldə etdiklərini, təqsirləndirilən şəxsin cinayət işində hər hansı formada iştirakçı olmadıqlarını bildiriblər.
Bunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 2019-ci il tarixli qərarının əmlaklarla bağlı hissəsinin ləğv edilməsi, Bakı şəhərində fərqli ünvanlarda yerləşən iki mənzilin və Masallı rayonunun Qızılavar kəndində yerləşən 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması xahiş olunub.
Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
Qərara əsasən, iki mənzil və 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsi müsadirədən azad olunaraq ərizəçilərə qaytarılıb.
Qeyd edək ki, Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi də müsadirədən azad olunub.
Xatırladaq ki, Sübahir Qurbanov bir neçə nəfər nazirlik əməkdaşı ilə birgə 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Natəvan Mirvətova da 5 il sınaq müddətli şərti cəza alıb.
Cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunub, təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün təqdimat verilib.
Sübahir Qurbanov 3 il əvvəl, Teymur Quliyev isə ötən il əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı