Müştəri şikayət etdi, “Park Qusar”ın direktoru işdən çıxarıldı
09:57 07.01.2020
Cəmiyyət
580
“Park Qusar Resort” hotelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb. Qafqazinfo-nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də hoteldən üçotaqlı kottec bron ediblər:
“Biz üç ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda hotellə əlaqə saxladıq, amma hotelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də hotelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər, hotel doludur deyə xadimə çatdırmayıb.
Biz uşaqlara görə heç olmasa bir otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”.
“Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib:
“Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də hotelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı.
İndi hotelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya