Narkokuryerlərdən 19 kq narkotik vasitə aşkarlanıb
Yusif Nəzərli
06:30 23.08.2023
Cəmiyyət
394
İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın Cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən edilib.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya