Nazir: "Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq"
08:29 02.01.2020
Cəmiyyət
479
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev danışıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən ölkədə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi, “e-sosial” portalı istifadəyə verildi. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən, sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb.
S.Babayev bu günədək artıq portalın aktiv istifadəçi sayının 150 minə çatdığını, portala baxış sayının isə 1 milyon 500 mini ötdüyünü deyib. Bildirib ki, ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək.
Nazir qeyd edib ki, DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur. Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət