Kənan Novruzov
Niyə insanlar öz evinə çəkilir, bayramlar unudulur? - Sosioloq danışır
16:11 21.03.2020
Cəmiyyət
724
Bahar bayramı artıq geridə qalsa da, necə gəlib, keçdiyini, demək olar, hiss etmədik. Tək- tük məhəllələrdə tonqal qalandı, qapı pusuldu, papaq atıldı... Heç səməni alan da olmadı. Səmənilər mağazalarda, bazarlardakı piştaxta arxasında qalıb saraldılar.
Artıq illərdir, Novruz adət- ənənələrinin unudulduğunu görürük. Deməli, gələcəkdə bayramın adını belə, xatırlayan olmayacaq.
Məsələ ilə bağlı "Sherg.az"-a danışan sosioloq Sahib Altay düşünür ki, bu, mövcud vəziyyətlə əlaqədardır:
"İnsanlar arasında soyuqlaşmanın müşahidə olunması ilk növbədə iqtisadi və sosial quruluşla bağlıdır. Dövr dəyişdikcə tələblər də fərqli olur. Ona görə də orta və yaşlı nəsil nümayəndələri indi psixoloji travma yaşayırlar. Çünki onların gənclik zamanında quruluşlar fərqli idi. Keçən əsrdə ictimai sosiallıq var idi. İnsanlar sahib olduqlarını bölüşürdülər. İndi isə uşaqlar assosial böyüyür. İctimai sosiallıq ictimai fərdiçiliklə əvəz olunub".
S. Altayın fikrincə, insanlar arasında sosiallıq tələbatla, asılılıqla bağlıdır:
"İndi insanlar müstəqildirlər. Sosial- iqtisadi cəhətdən heç kim heç kimdən asılı deyil. Halbuki hər birimizi birləşdirən sosial-iqtisadi asılılıqdır. Hətta "dostluq", "sevgi" adlandırdığımız şəxsi münasibətləri belə, bioloji, sosiloloji, psixoloji, bir sözlə, mənəvi tələbatların ödənməsi üçün qururuq. Əgər tələbatlar olmasa insanlar şəxsi münasibətlərə də ehtiyac hiss etməyəcək".
Sosioloqun sözlərinə görə, assosiallıqdan xilas olmaq o qədər də asan deyil:
"Dediyim kimi, bu, dövrün tələbdir. Təkcə bizdə yox, bütün dünyada müşahidə olunan tendensiyadır. Kuba, Çin kimi ölkələr sosializmlə kapitalizmin birləşməsindən yeni bir cərəyan yaratmaq istəyirlər. Təqdir edirəm. Amma sona kimi effekt verəcəyini düşünmürəm. Mənə elə gəlir ki, yeni elmi nəzəriyyələr, sosial və iqtisadi modellər ortaya qoyulmalıdır".
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi