
Oğlanlar evlənməyə qız tapmır artıq - SƏBƏB
Oğlanlar evlənməyə qız tapmır artıq - SƏBƏB
Yusif Nəzərli
11:08 18.08.2023
Cəmiyyət
442
Qız uşaqlarının sayı azalır Lalə Mehralı: "Hazırda bu göstərici 3-5 faizdirsə, getdikcə yüksələcək"
Azərbaycanda yeni doğulan körpələrin sayında qız uşaqlarının payı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Qız uşaqlarının sayının azalmasını adətən cəmiyyətdəki mövcud stereotiplər - oğlan uşaqlarına üstünlük verilən patriarxal ailə strukturunda görürlər. Lakin ekspertlər bunu birmənalı qəbul etmir. Və stereotipləri cinsi ayrı-seçkilikdə yalnız səbəblərdən biri kimi göstərirlər. Digər səbəblər də var ki, onlar əvvəlkindən heç də kiçik əhəmiyyət daşımır, əksinə, cinsi zyrı-seçkiliyə zəmin yaradır. Bu səbəblər arasında selektiv abortların qanunla qarşısının alınmaması, həmçinin iqtisadi, sosial problemlər də var.
Sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında qız uşaqlarının sayının azalmasını daha çox selektiv abortlarla əlqələndirib:
"Bunlar hamısı selektiv abortların təsiridir. İllərdir yazırıq, deyirik. Deməli, nəticəsini belə görəcəkdik. Sinif otaqlarında əyləşənlərin sayında, evlənənlərin sayında, məktəbə gedənlərin, bağçaya gedənlərin sayında… Selektiv abortların qarşısı alınmayacaqsa, vəziyyət belə də davam edəcək və daha acı nəticələrlə qarşılaşacağıq.
Bu, böyük demoqrafik problemə gətirib çıxaracaq. Oğlanlar evlənməyə qız tapmır artıq. Hazırda bu göstərici 3-5 faizdirsə, getdikcə yüksələcək. Bu artıq dövlət əhəmiyyətli məsələyə çevrilib. Çünki birbaşa genefondumuza zərər vurur. Hesab edirəm ki, bu problem haqqında həyəcan təbili çoxdan çalınmalıydı. Problem ciddi müzakirə edilməli və ciddi, məqsədyönlü addımlar atılmalıdır. Bu problem dəyirmi masalar, konfranslar, treninq, seminarlar keçirməklə həll olunası iş deyil. Konkret proqram ortaya qoyulmalıdır və ciddi iş aparılmalıdır. Səbəblər dəqiq tədqiq edilməlidir. Və buna müvafiq də iş görülməlidir. Çünki bu, dövlət əhəmiyyətli, strateji məsələdir".

L.Mehralı qeyd etdi ki, selektiv abortlarda cəmiyyətdəki mövcud stereotipləri önə çəkmək yanlışdır:
"Sosial problemlər və ailə gəlirlərinin azalması da abortların artmasına rəvac verir. Bir çox ailələrdə əsasən 3-cü uşağın dünyaya gəlməsi məqbul sayılmır. Nəticədə, bu, təkcə qız uşaqlarının deyil, ümumiyyətlə, ölkədə yeni doğulmuşların sayının azalmasına gətirib çıxara bilər. Biz uzun illərdir uşaqlara ödəniləcək sosial müavinətlərin bərpasının vacibliyini gündəmə gətiririk. Məncə, bu məsələyə də baxılmalıdır. Ailə sosial və iqtisadi cəhətdən təmin ediləcəyini bilsə, övladın oğlan və ya qız olacağı onu narahat etməz. Nəticədə çoxuşaqlı ailələrimiz artar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya