Ölkədə rüşvətə şərait yaradanlar var
Məlahət Rzayeva
09:30 15.01.2021
Cəmiyyət
873
"Hökumətin düzəlməsi üçün əvvəlcə xalq dəyişməlidir"
"Cənab Prezident islahatlar aparır, ölkəni dəyişməyə, yeni ölkə qurmağa çağırır. Təəssüf ki, vətəndaşlar bu işdə ona lazımi dəstəyi vermirlər"
"Bir ziyalı şəxs var, burda adını çəkmək istəmirəm, deyir ki, filan məmur məndən rüşvət tələb edir, deyirəm adını çək, yazaq qəzetdə ifşa edək cəzalandırsınlar. Deyir yox, mənim başım ağrımasın"
Baş prokuror Kamran Əliyev korrupsiyaya qarşı mübarizənin daha da sərtləşəcəyini bildirdi. “Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”, deyən baş prokuror ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən də danışıb və qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir.
Dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyan bərpa edilməlidir. Lakin bir çox hallarda vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir, həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır.
Korrupsiya hallarının müəyyənləşdirilməsi, korrupsionerlərin məsuliyyətə cəlb edilməsi və bu sırada elə vətəndaşlara dəymiş ziyanın da ödənilməsi üçün ictimaiyyət nə etməlidir? Bəzən vətəndaşların ziyanın ödənilməsini tələb etdiyini, lakin korrupsiya hallarının aşkarlanmasında fəal olmadıqlarını da görürük.
Məsələ ilə bağlı “Şərq”ə danışan sosioloq, “TvPress” internet qəzetinin baş redaktoru Elçin Bayramlı vətəndaş cəmiyyətinin belə məsələlərdə passiv olduğunu dedi:
- Vətəndaş cəmiyyəti “mənim işim deyil, mən qarışmıram, mənə nə”, prinsipi ilə qurulmur. Azərbaycanda dövlətin, hakimiyyətin mənbəyi xalqdır və cənab Prezidentimizin çağırışlarında həmişə vətəndaşlar fəal olmağa, dövlət quruculuğunda, vətəndaş cəmiyyəti quruculuğunda iştirak etməyə, ölkədəki problem və nöqsanların aşkara çıxarılmasında öz töhfələrini verməyə çağrılır. Və dövlət başçısı özü ən sərt şəkildə neqativ halları, problemi deyir, öz vəzifəsini yerinə yetirməyən məmurları sərt tənqid edir. Bundan artıq nə olmalıdır ki, vətəndaşlar başa düşsün ki, vətəndaş məsuliyyəti vacib şeydir?! Bu gün inkişaf etmiş ölkələrə baxsaq görərik ki, məhz belə cəmiyyətlər qurulub. Bizdə isə bir çox hallarda “mən” “biz”dən üstün tutulduğundan heç kim özünü əziyyətə salmır. Sonra da deyirlər, filan məsələ niyə həll olunmadı?
Mətbuat və QHT fəaliyyətimdə dəfələrlə belə hala rast gəlmişəm - bir yerdə problem var, onunla bağlı müvafiq nazirliyə müraciət edəndə deyirlər ki, bu barədə bizə sakinlərdən bircə nəfər də şikayət etməyib, məktub, zəng daxil olmayıb. Araşdırırıq, həqiqətən də heç kim şikayət etməyib.
Biri nədənsə qorxur, biri çəkinir, bizi özünü kiminləsə pis eləmək istəmir, biri “mən niyə deyim, qoy başqası desin”, fikirləşir və s. Belə vətəndaşlıq olmur, belə cəmiyyət yaranmır. Bizdə cəmiyyətin əvəzinə məmurlarla jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri mübarizə aparır, vətəndaşların əvəzinə onların hüquqlarını tələb edirlər. Birisi aparıb məmura zorla rüşvət verir ki, oğlunu işə düzəltsin və ya filan məsələni həll etsin, sonra da deyir, ölkədə rüşvət var. Bəli, rüşvət var, amma sənə görə var. Sən rüşvət verirsən deyə var. Rüşvət verən olmasa alan da olmaz. Bu, adi məntiqdir.
E.Bayramlı qeyd etdi ki, belə təfəkkürlə yaşamaq məqbul sayılmır. Bu təfəkkürlə normal cəmiyyət, normal ölkə qurmaq mümkün deyil. Hökumətin düzəlməsi üçün əvvəlcə xalq dəyişməlidir. Çünki hökumət də, məmurlar da bu xalqdan çıxır, Yeni Zelandiyadan gəlmirlər:
- İndi cənab Prezident islahatlar aparır, ölkəni dəyişməyə, yeni ölkə qurmağa çağırır. Təəssüf ki, vətəndaşlar bu işdə ona lazımi dəstəyi vermirlər. Sizə konkret fakt deyim, bir ziyalı şəxs var, burda adını çəkmək istəmirəm, deyir ki, filan məmur məndən rüşvət tələb edir, deyirəm adını çək, yazaq qəzetdə ifşa edək cəzalandırsınlar. Deyir yox, mənim başım ağrımasın. Prezident deyir ki, harda rüşvətxor məmur görsəniz məlumat verin, bunlar o məmuru gizlədir, müdafiə edir. Hələ bu ziyalıdır ey. Qısası, vətəndaşlar dəyişməsə, hökumət də, məmurlar da dəyişməyəcək. Bu, konkretdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm