Oruc tutanlar vaksinasiya oluna bilərlərmi? – Dini və tibbi izah
Fidan Həmişəyeva
12:26 12.04.2021
Cəmiyyət
767
Azərbaycanda 2021-ci il Ramazan ayının ilk günü aprelin 13-nə düşür. Orucluğun ilk günü aprelin 13-dən 14-nə keçən gecəyə təsadüf edir.Qaydalara görə, xəstə insanlar oruc tutmaya bilərlər. Ölkədə isə koronavirus xəstələri və bu xəstəliklə əlaqədar karantində olan minlərlə insan var. Bu baxımdan pandemiyanın hökm sürdüyü bir vaxtda oruc tutulması ilə bağlı suallar yaranır.
Koronavirus müddətində oruc tutmaq olarmı?
Sualımızı cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli “Sherg.az”a bildirib ki, artıq 2-ci ildi Ramazan ayı pandemiya dövrünə təsadüf edir.
Onun sözlərinə görə, pandemiya zamanı sağlamlığı yerində olan şəxslərin oruc tutmasında heç bir qorxu yoxdur:
“Keçən il də koronavirusun yayıldığı bir vaxtda oruc tutmuşuq. Bu məsələdə həkimlərlə də müəyyən məsləhətləşmələr aparılıb. Onlar sağlam, düzgün və qaydalara uyğun şəkildə oruc tutularsa, bunun insan sağlamlığına zərər vurmadığı qənaətindədirlər. Oruc tutmaq virusa yoluxma riskini artırmır. Bu, həkimlərin fikridir. Sadəcə olaraq, insanlar mövcud qaydalara əməl etməlidirlər: Sıx təmaslardan çəkinməli, kütləvi mərasimlərdə və qapalı yerlərdə olmamalıdırlar. Qaydalara riayət edərlərsə, orucun insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. Bu sahənin mütəxəssisi olmasam da, həkimlərlə məsləhətləşmələr zamanı gəlinən qənaəti qeyd edirəm.
Düzgün qidalanma və axşam orucunu açarkən birdən-birə çox yeməmək məsləhətdir. Tərəvəzlər, çoxlu vitaminlər və maye qəbul etmək məqsədəuyğundur. Bu qaydalara əməl olunarsa, immunitet zəifləməsi baş verməz. Orucun orqanizmi zəiflətməsi əsaslı fikir deyil, əksinə insan sağlamlığına müsbət təsirləri var. Hədislərdə də peyğəmbərimiz buyurur ki, sağlam olmaq üçün oruc tutun”.
H.Ş.Həsənli qeyd edib ki, oruc zamanı vaksinasiya olunmağın da heç bir ziyanı yoxdur:
“Həkimlər bunun əks təsiri olmadığını deyir, dini baxımdan isə vaksin vurulması orucun pozulmasına səbəb olmaz”.
İlahiyyatçı vurğulayıb ki, hazırda məscidlər bağlı olduğu üçün dini mərasimlər sosial şəbəkələr vasitəsilə keçiriləcək və din xadimləri çıxışlar edəcək:
“Sosial şəbəkələrdə dini çıxışlar olacaq və dualar oxunacaq. İnsanlar öz evlərindən bu məclislərə qoşula bilərlər. Qısası, Ramazan ayında sağlamlığı imkan verən insanlar oruc tutmalıdırlar. Lakin koronavirusa yoluxan, müalicə alan və həkimlərin orucu qadağan etdiyi şəxslər istisnadır. Amma sırf koronavirusa yoluxma ehtimalına əsasən insan orucunu poza bilməz. Yalnız yoluxmuş xəstələr orucdan azaddırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət