
Parklanma ilə bağlı NARAZILIQ: Hegemonluq edirlər!
Yusif Nəzərli
13:24 21.08.2023
Cəmiyyət
701
"Parklanma ilə bağlı artıq qaydalar müəyyənləşib. Hökumətin qəbul etdiyi qərarın icrası həyata keçirilir. Lakin müəyyən çətinliklər, problemlər mövcuddur. Əvvəldən parkinqləri monopoliyaya alan şəxslər hələ də dövlətin qanuni şəkildə iş görməsinə imkan vermirlər. Açıq desək, hegemonluq edirlər".
Bunu "Sherg.az"a nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı vətəndaşların parklanma qiymətinin bahalaşması barədə narazılıqlarından danışarkən deyib.
Onun sözlərinə görə, parklanma qiymətləri ilə bağlı etirazlar var:
"Vətəndaşlar da müraciətlər edirlər. İradlarla əlaqəli öz fikirlərimizi bildirib, adiyyəti qurumların da diqqətinə çatdırmışıq. Dəyişikliklərin ediləcəyi gözlənilir. Ərazidə işləyən şəxsləri nəzərə alacaqlar. Hazırda qanunvericiliyə görə, ərazidə yaşayan insanlar yaşadıqları ünvanı təsdiq edən sənədlərin müvafiq qaydada aidiyyəti qurumun nümayəndəsinə təqdim edilməsi şərtilə ödənişdən azaddır. Lakin ərazi üzrə işləyənlərin probleminin həll olunmaması bizi narahat edir.
İnsanların da haqlı olaraq, iradlarını aidiyyəti qurumların diqqətinə çatdırmışıq. Ümid edirik ki, nəzərə alınacaq. Çünki bu, həlli tapılmalı olan məsələdir. Bu gün vətəndaşları ictimai nəqliyyat vasitələrindən istifadə etməyə məcbur edirik. Yaxşı fikirdir. Amma indiki vaxtda ictimai nəqliyyat növləri normal vəziyyətdə deyilsə, onlardan bunu israrla istəyə bilmərik. Olmayan vasitədən necə yararlanmaq mümkündür?! Hazırda mövcud vəziyyət heç də ürəkaçan deyil. Gələcəkdə ictimai nəqliyyat vasitələrinin mükəmməl şəkildə, dəqiq, normal intervalla işlədiyi halda vətəndaşların şəhərin mərkəzində maşından çox istifadə etməmələrinə yönəlmiş qərar qəbul oluna bilər. Bəzi şəxslər avtomobili məcburiyyət qarşısında qaldığı üçün alıb ki, vaxtı-vaxtında iş və evinə çata bilsinlər. Çünki başqa bir variant yoxdur.

Belə olan halda qəbul edilən sərt qərarlar söz-söhbətə gətirib, çıxarır. İnsanlar parklanmanın bahalığı ilə əlaqədar aidiyyəti orqanlara müraciət edirlər. Səlahiyyətli qurumdan bildirilir ki, insanların şəhərin mərkəzinə avtomobillə gəlməsi arzuolunan deyil, şəhər piyadalar və parklanma üçün nəzərdə tutulub, vətəndaşlar bunu diqqətdə saxlasınlar. Prinsipcə, insanların xeyirinə verilən qərardır. Amma digər aspektdən baxanda vətəndaş avtomobillə şəhərə gəlmək istədiyini, buna hüququnun olduğunu deyə və şərait yaradılmasını tələb edə bilər. Şərait yaradılır, əvəzində parklanma qiyməti baha olur. Əslində, bu qayda dünya təcrübəsində də var. Lakin həmin ölkələrdə ictimai nəqliyyat saat kimi işləyir. İnsan şəhərətrafına kimi maşınla gəlir, sonra avtomobili kənarda saxlayır və metro, avtobus, tramvay, həmçinin digər nəqliyyat növləri ilə şəhərə rahat daxil olur. Bizdə isə belə bir sistem olmadığı üçün vətəndaşlara problem yaranır. Problemə baxılacağını ümid edirik. Yeni sistem yaradıldığına görə müəyyən problemlər qaçılmazdır. Bütün yeniliklər özü ilə müəyyən çətinliklər də gətirir. Amma hər bir halda müsbət qərarların qəbul olunacağına inanırıq".
Qeyd edək ki, Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş məbləğlərini təsdiq etdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzaladı. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib. Lakin vətəndaşlar artıq verilən qərardan narazılıqlarını dilə gətirirlər. Çünki parklanmanın saatı baha qiymətədir. Deməli 8 saat işləyən işçi maşınının parkinqi üçün günə 8 AZN ödəməlidir. Bu da vətəndaşların aylıq büdcəsinə ziyan vurur. Nəticədə irad, narazılıq, şikayət və qeyri-məmnunluq yaranır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya