
Paytaxtı beton yığınına döndəriblər! - «Yarım əsirdən artıq yaşı olan borular partlayır»
Yusif Nəzərli
13:53 26.10.2022
Cəmiyyət
643
«Saysız - hesabsız binalar tikiblər. Binaların təminatı üçün su xəttinin gücü çatmır»
Bakıda magistral su kəmərində qəza baş verib.
Qəza səbəbindən ərazidə olan yaşayış binasının, təxminən, 1500 metrlik ərazisində bir metr dərinliyində su olub. Ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş verən qəza barədə səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları əraziyə gedib və hazırda ərazidə təmizlik işləri aparıb.

Yaşanan hadisə ilə bağlı "Sherg.az"a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, problemin əsas səbəbkarı Bakı Şəhər İcra hakimiyyəti başda olmaqla, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Şəhərsalma Arxitektura Komitəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir:
"Şəhərin, küçələrin salınması, binaların tikilməsi bir-biri ilə koordinasiyalı şəkildə aparılmalı idi. Ərazilərdən keçən magistral su xəttlərinin vəziyyəti araşdırılmalı idi. Heç bir standarta fikir vermirlər. Şəhəri beton yığınına döndəriblər. Saysız - hesabsız binalar tikiblər. Binaların təminatı üçün su xəttinin gücü çatmır. Nəticədə yarım əsirdən artıq yaşı olan borular təzyiqə davam gətirmir, partlayır.
Problemin həll yolu yoxdur, gecdir. Şəhərin infrastrukturunu, sistemini düzəlməkdən ötrü Bakı şəhəri sökülüb yenidən tikilməlidir. Minlərlə xətlər, borular həddən artıq yüklənib. Kompleks və fundamental problemdir. Borunu dəyişməklə, xətti yeniləməklə problemə çarə tapılmır.
Milyardlarla vəsait, vaxt, böyük enerji lazımdır. Belə hadisələrlə tez-tez bütün kommunal sistemlər üzrə qarşılacağıq. Kommunal təchizat şəhərin öhdəsindən gələ bilmir. Təkcə qəzanın nəticələrini deyil, səbəblərini aradan qaldırmalıyıq.
Şəraiti yaradan, binaların tikintisinə imkan verən müvafiq orqanların məsul şəxsləri ağır şəkildə cəzalandırılmalıdır, əmlakları müsadirə edilməlidir. Ölkəyə həddən artıq zərər vurublar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə