Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Yusif Nəzərli
12:33 29.04.2022
Cəmiyyət
436
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Əziz bacı və qardaşlarım!
On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.
Bayramınız mübarək olsun!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır
19:02 23.10.2026
Sağlamlıq
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm