Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayrıb
Yusif Nəzərli
12:17 20.04.2023
Cəmiyyət
342
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə