Problemli qadınların səsləri eşidilməlidir
Yusif Nəzərli
13:06 22.10.2023
Cəmiyyət
801
Onların həyatı göstərildiyi kimi sadəcə işıq və rənglərdən ibarət deyil
19 oktyabrda Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda ilk Qadın Qurultayının 25 illiyinə həsr edilib.
Qeyd edək ki, müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı 1998-ci ildə, daha sonra isə ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci baş tutub.
6-cı qurultay çərçivəsində çıxışçılar “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: "Böyük Qayıdış", “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə müzakirə aparıb, təkliflərini diqqətə çatdırıblar. Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edib. Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbər Sevinc Fədai “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Qadınlarının Qurultayını ölkənin müxtəlif təbəqələrindən olan qadınların bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi üçün önəmli platforma hesab etmək olar: “Qurultay gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması istiqamətində birgə fəaliyyət göstərməsi üçün də son dərəcə əhəmiyyətlidir. Biz inanırıq ki, cəmiyyətin tərəqqisi onun qadınlarının statusu ilə bağlıdır və qurultayda da Azərbaycanda qadınların statusunun və rifahının yüksəldilməsi istiqamətində müzakirələr baş tutdu. Xalqımızın gələcəyinin formalaşmasında, işğaldan azad olunan torpaqlarımızda yeni həyatın qurulması prosesində qadınların əhəmiyyəti vurğulandı, qazanılan böyük Zəfərin fonunda Azərbaycan qadınının - şəhid analarının, şəhid xanımlarının sarsılmaz ruhu alqışlandı.
Qurultay qadınlara öz hüquqlarını müzakirə etmək və gender bərabərliyini müdafiə etmək üçün bir imkan idi. O cümlədən, qadınların iqtisadi imkanlarının, qadın sahibkarlığının gücləndirilməsi ilə bağlı bilik və məlumatların paylaşılması, müxtəlif peşələrdən olan qadınların şəbəkə qurmaq və dəstəkləyici əlaqələr qurmaq imkanının olması təqdirəlayiq idi. Bu şəbəkə əməkdaşlıq, mentorluq və şəxsi inkişafa səbəb ola bilər. Qadınların səlahiyyətlərinin artırılması ölkənin ümumi sosial-iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Qadınların təhsilə və iqtisadi imkanlara bərabər çıxış imkanı olduqda, bu, ölkəmizin inkişafına əhəmiyyətli töhfə verir”.
S.Fədai bildirib ki, gender bərabərliyi harmonik cəmiyyətin təməl daşıdır. Qurultay da dialoqu, anlaşmanı və birliyi təşviq edir: “Sadəcə, qurultay iştirakçısı olaraq, burada həm də Azərbaycan qadınının problemlərinin əksini görmək, yaxud belə desək, məhz problemli qadınların səsinin eşidilməsini, səsinin duyurulmasını istərdim. Qadınlarımızın həyatı göstərildiyi kimi sadəcə işıq və rənglərdən ibarət deyil. Ölkənin müxtəlif regionlarından olan 600 qadının bir araya toplanması bir fürsət idi. Bu fürsətdən istifadə edərək, daha dərin problemlərin həllinə dair təkliflərin səsləndirilməsi yaxşı olardı. Həmçinin qurultayda ziddiyyət - əks fikir yox idi. Bir xətt üzrə bayram əhval-ruhiyyəsində təşkil edilmişdi. Qadınlara qarşı məişət zorakılığı, əzilən, öldürülən qadınların hüquqları qurultayda öz əksini tapmalı idi. Qurultayla bağlı ictimai rəylərin təhlil edilməsi və gələcəkdə təşkil ediləcək tədbirlərdə nəzərə alınması mütləqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm