Qadınları cinayətə sövq edən səbəblər - VİDEO
16:16 06.01.2020
Cəmiyyət
574
Statistika göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, cinayət törətmiş qadınların sayı 5,1 faiz artıb. Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Hüquqşünas Siracəddin Kərimovun sözlərinə görə, mövcud statistika onu göstərir ki, qadınların ən çox törətdiyi cinayətlər sırasında birinci yerdə oğurluq dayanır. Sonrakı yerlərdə dələduzluq, məişət zorakılığı və avtomobil nəqliyyatı sahəsində olan cinayətlər gəlir.
O bildirib ki, bunların da müxtəlif səbəbləri var:
“Sosial şəbəbəkələrin açıq olması qadınların nəzarətdən yayınmasına zəmin yaradır. Çünki sosial şəbəkələr vasitəsilə bir neçə dəqiqə içərisində kimlə istəsən, əlaqə yaratmaq olar və bu da haradasa qadınların cinayətlərə cəlb olunmasında vasitə kimi rol oynanır”.
Sabiq polis rəisi Şəmsəddin Əliyev deyib ki, sosial durumunun çətinliyindən çıxış yolu axtarıb tapa bilməyəndə bu, münaqişələrə gətirib çıxara bilir və bəzən qadın da əks bir addım atır, cinayətin subyektinə çevrilir.
Ekspertlər bildirir ki, bu sahədə hüquqi maarifləndirmə aşağıdır və bu işlə tək bir qurum yox, bütün qurumlar kompleks şəkildə məşğul olmalıdırlar.
“Biz bu sahədə mübarizədən öncə krimonoloji nəzəriyyə baxımından o səbəbləri aşkar etməliyik”, - deyə Ş.Əliyev əlavə edib.
İstənilən halda bu cür hadisələr arzuolunmazdır. Və bizdə cəmiyyətin bir üzvü kimi bu cür hadisələrlə mübarizə aparmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya