“Qarabağ”ın oyununa görə Bakı metropolitenində iş vaxtı uzadılacaq
Yusif Nəzərli
06:22 06.03.2024
Cəmiyyət
586
UEFA Avropa Liqasında “Qarabağ” Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
"APA-Economics"in "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.
Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında tətbiq ediləcək. Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya