Qəsəbələrarası marşrutlarda gedişhaqqının qiyməti dəyişdi
Yusif Nəzərli
17:23 30.06.2024
Cəmiyyət
384
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilib.Sherg.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
Bakı şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Bakı şəhəri), Sumqayıt şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Sumqayıt şəhəri) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə, bu Qərarın 1-ci hissəsi ilə Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin inzibati ərazisidə müəyyən olunan şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə tariflərin yuxarı həddində təsdiq edilib.
Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilib.
Müəyyən edilib ki, sərnişinlərin üç ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.
Bu Qərar nəzərə alınmaqla, müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında baqajın daşınması xidmətlərinin tarifləri hər on kilometr məsafə üzrə bir kiloqram çəki üçün 0,08 qəpik təsdiq edilib.
Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm