Qida subyektlərinin səyyar qeydiyyatına başlanıldı
Yusif Nəzərli
12:00 02.11.2023
Cəmiyyət
424
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qida təhlükəsizliyi qeydiyyatına alınmasına start verib.
Qurumdan Trend-ə verilən məlumata görə, AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz edilmiş texniki vasitələrlə səyyar formada Bakı şəhərinin inzibati ərazi vahidlərində yerləşən və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yerində qeydiyyata alınması və təsdiqi prosesi aparılır.
Bildirilib ki, proses xüsusi planşetlərlə yerindəcə müvafiq sistem üzərindən həyata keçirilir və qısa zaman ərzində başa çatdırılır:
"Eyni zamanda, sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılırlar".
Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən sahibkarlar qeydiyyatdan keçməlidirlər. Qida subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.
Bildirilib ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm