Ramazan ayı üçün fitrə zəkatının məbləği və vaxtı açıqlanıb
07:23 17.04.2023
Cəmiyyət
591
Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev Trend-ə bildirib ki, fitrə zəkatının həcmi şəriət qaydalarına görə, ən çox istifadə edilən ərzaq məhsulunun dəyəri ilə hesablanır.
Onun sözlərinə görə, fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar.
"Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur.
Fitrənin pul şəkilində tövsiyə olunmasının əsas səbəbi ehtiyacı olan şəxslərin pulu ehtiyaclarına, övladlarının təhsilinə, geyiminə və.s xərcləyə bilməsidir", - F.Nurullayev deyib.
Onun szölərinə görə, builki təqvimə əsasən Qafqaz Müsəlmanları İdarəsininin Şamaxı Astrofizika Rəsədxanasına göndərdiyi sorğu əsasında aprel ayının 21-i Ramazan bayramı gözlənilir.
"Belə olduqda aprelin 20-i bir insan fitrə zəkatını çıxarmalıdır. Fitrə zəkatını müsəlman olan hər kəs çıxarmalıdır. Oruc tutanlar da, tutmayanlar da. İlk növbədə ətrafınızda olan imkansızlara fitrə zəkatı verməlisiniz, sonra başqalarına. Dərmana ehtiyacı olan qazilərimiz var ki, onlara da kömək oluna bilər. Şəhid ailələrindən də ehtiyacı olanlar var. Və bütün bunları kiminsə qəlbinə toxunmadan etmək lazımdır", - deyə QMİ rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi