Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq İDDİA
Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq İDDİA
Yusif Nəzərli
15:38 02.09.2022
Cəmiyyət
496
Prezident Administirasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eyni zamanda sabiq deputat olan İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo”nun məlumatına görə, üzüm emalı ilə məşğul olan “Dostluq MK” şirkətinin rəhbəri, iş adamı Mənsur İbrahimov onu məhkəməyə verib. O iddiasında qeyd edib ki, şirkəti 2011-ci ildə təsis edib. 2019-cu ildə İlham Əliyevlə Xaçmaz rayonu 1 saylı notariat ofisində müqavilə bağlayaraq şirkətdəki payını 3 milyon manata satmağa razılıq verib. İ.Əliyev ilkin olaraq 5600 manat ödəniş edərək qalan pulu ödəyəcəyinə vəd verib. Bir müddət sonra M.İbrahimov İ.Əliyevin vədini yerinə yetirmədiyini görüb Şabran Rayon Məhkəməsinə müraciət edib. Müqavilənin etibarsız hesab edilməsini istəyib.
Daha sonra iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə yönləndirilib. İddia hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə araşdırması davam edir.
Xatırladaq ki, İ.Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi. Daha sonra uzun müddət mediada görünməyən İ.Əliyev bu ilin aprelində Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edərkən görülmüşdü. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur