"Rasim səhnədə roldan-rola girə bilər, amma həyatda təküzlü insandır" - Ramiz Rövşən
"Rasim səhnədə roldan-rola girə bilər, amma həyatda təküzlü insandır" - Ramiz Rövşən
Yusif Nəzərli
09:52 18.08.2023
Cəmiyyət
548
"Sherg.az" Arki.az-a istinadən Xalq şairi Ramiz Rövşənin görkəmli aktyorumuz Rasim Balayev haqqında fikirlərini təqdim edir.
“Rasim Balayev mənim üçün ilk olaraq dostdur. Çox böyük aktyordur. Onun şəxsi keyfiyyətlərinə insan kimi, dost kimi bələdəm.
Bütöv insandır, bütöv şəxsiyyətdir. İstedad Allah vergisidir, istedadın özünü göstərməsi, inkişaf etməsi, zədələnməməsi üçün şəxsiyyət çox mühüm rol oynayır.
Şəxsiyyət elə bil ki, istedadın qabıdır.
Rasim, sənətində aktyordur, səhnədə roldan-rola girə bilər, amma həyatda təküzlü insandır. Tamaşaçı kimi deyim ki, Rasim Balayev dünya miqyaslı bir sənətkardır. İstənilən yerdə, istənilən səviyyədə filmdə oynaya bilər.
Mənə elə gəlir ki, Rasimin taleyinə bənzər bir tale bizim kinomuzda olmayıb.
Biz hələ gənc idik, fəxr edirdik ki, Rasimin epizodik bir rolu var – “Azadlıq şirin sözdür” filmində. Sonradan “Nəsimi”də çəkildi. Cavan oğlan idi Nəsimi obrazını oynayanda və demək olar ki, bu obraza öz damğasını vurdu. Sanki bu rolu ilə Azərbaycan kinosunu silkələdi.
“Nəsimi” Azərbaycanın tarixi filmləri arasında birincilərdəndir və film hamıdan çox Rasimə borcludur.
Rasim Balayev bir çox tarixi şəxsiyyətlərin rolunu oynayıb. Onu da qeyd edim ki, tarixi rolları oynamaq çox çətindir. Məsələn, Nəsimi, Babək, Beyrək, Axundzadə, Cavid oynayan aktyoru biz təsəvvürümüzdə yaratdığımız obrazla müqayisə edirik.
O rolları ki, Rasim oynadı və şəxsiyyətlər Rasimin siması ilə yadımızda qaldı. Mən Nəsimini Rasim kimi görürəm. Bu filmdə Rasim Nəsiminin gəncliyindən ömrünün sonuna kimi bütün dönəmləri oynadı və hamısı da inandırıcıdır.
Biz, bu yaxınlarda “Dədə Qorqud” filminə baxırdıq və xeyli maraqlı şeylər gözə dəydi. Həm Rasimin oyununda, həm də filmdə. Nə qədər incə məqamlar var idi və hər dəfə baxanda yeni məqamlar görünür.
Son illər Rasim Balayev Ramiz Həsənoğlunun filmində Cavid roluna çəkildi və mən o filmə baxanda elə bil ki, Cavidi görürəm. Axundovu oynayanda o xarakteri, o cizgiləri o qədər ustalıqla yaradıb ki… Rasim yaşa dolsa da üzünün mənzərəsi olduğu kimi qalır.
Üz daxili ifadə edir, Rasimin daxili zənginliyi üzə çıxır və onun mənzərəsini yaradır. Mahiyyət etibarilə onun oynadığı epizodik rollar da çox uğurludur. Rasimdə ifadəlilik çox güclüdür və mərhum sənətkarımız Səməndər Rzayevdən sonra səsini bu qədər idarə edən , bu qədər zəngin səs çalarlarına malik olan yeganə aktyordur.
Rasim Balayev təpədən-dırnağa aktyordur. Rolda istənilən məqamı ifadə etməyə gücü çatır və müstəsna istedaddır.
Eyni zamanda, onda bədii qiraət çox gözəl alınır. Mənim ən çox sevdiyim şair Mikayıl Müşfiqdir.
Müşfiqin şeir deməyini eşitməmişəm, amma yəqin Müşfiqdən sonra “Yenə o bağ olaydı” şerini ən yaxşı oxuyan Rasimdir. Rasim çox gözəl dublyaj ustasıdır. Kinomuzda ən gözəl dublyaj ustaları, mənə elə gəlir ki, Səməndər Rzayev, Şahmar Ələkbərov və Rasim Balayevdir.
Rasim Balayev Azərbaycan mədəniyyətində böyük bir taledir, artıq o simvola çevrilib. Azərbaycan kinosunun simalarından biridir. Bir çox mükafatlara layiq görülən Rasim o insanlardandır ki, öz sənətinə həm də şərəf gətirib.
Rasim qədər hər gördüyü işdən narahat olan az adam tapılar. O həmişə özündən narazıdır. Azərbaycan kinosu Rasimə borcludur. Rasim çox xoşbəxt sənətkardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm