"Rədd edilmə həssaslığı" insanın tənqid, kənarlaşdırılma və ya qəbul edilməmə hissinə qarşı həddindən artıq güclü emosional reaksiya verməsi ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, bu vəziyyət bəzən real səbəb olmasa belə yarana bilər və sinədə sıxılma, mədədə narahatlıq kimi fiziki əlamətlərlə müşayiət oluna bilər.
Sherg.az xəbər verir ki, xüsusilə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) olan şəxslərdə daha çox müşahidə edilən bu hal hələ rəsmi psixiatrik diaqnoz kimi qəbul edilməsə də, son illərdə elmi araşdırmaların diqqət mərkəzindədir.
Mütəxəssislər bildirirlər ki, rədd edilmə həssaslığı həm bioloji xüsusiyyətlər, həm də insanın həyat boyu yaşadığı mənfi sosial təcrübələrin təsiri ilə formalaşa bilər. Bu vəziyyət insanlarda mükəmməlliyyətçilik, başqalarını razı salmağa çalışmaq və sosial mühitdən uzaqlaşmaq kimi davranışlara səbəb ola bilər.
Psixoloqlar bu cür emosional reaksiyaların idarə olunması üçün kifayət qədər yuxu, fiziki aktivlik, sağlam qidalanma və zərurət yarandıqda peşəkar psixoloji dəstək almağı tövsiyə edirlər.