RİİB könüllüləri Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək göstərəcək
Yusif Nəzərli
18:18 07.02.2023
Cəmiyyət
410
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir.
"Report" xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.
Humanitar yardım göstərmək istəyən şəxslər pul vəsaiti istisna olmaqla, yalnız ilkin tələb olunan ləvazimatları qeyd edilən ünvana təhvil verə bilər. RİİB könüllüləri tərəfindən əhalidən toplanan yardım daha sonra Türkiyədə fəlakət zonasına göndəriləcək.
Yardım kampaniyası ilə əlaqədar yaranan suallarla bağlı İctimai Birliyin “150” nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım da göndərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət