Səfir:“Ermənistan bölgənin inkişafına maneə olur”
12:05 28.07.2021
Cəmiyyət
546
“Bakı İrəvanı sülh müqaviləsini imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır, Qarabağdakı müharibə bitib”.
Bu sözləri Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə açıqlamasında deyib.
Azərbaycanlı diplomat daha sonra söyləyib:
“Biz öz tərəfimizdən dəfələrlə müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, sülh müqaviləsini imzalamasını və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalı olduğunu bəyan etmişik”.
Polad Bülbüloğlu öz açıqlamasında vurğulayıb ki, İrəvan Bakı ilə münasibətlərin nizama salınmasını təxirə salır.
“Erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına maneə olur”, - deyə P.Bülbüloğlu söyləyib.
Rusiya sülhməramlı kontingentinin fəaliyyəti müddətinin uzadılması ilə əlaqədar məsələyə toxunan diplomat söyləyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.
“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələri yerinə yetirməyə davam etdirir”, - P.Bülbüloğlu bildirib.
“Dövlətlərimizin başçıları tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün maksimum səy göstərməliyik”, - Azərbaycanın Moskvadakı səfiri fikrini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou