
Səhər yeməklərinin əvəzolunmazı: Pendir alarkən nəyə diqqət yetirməliyik?-RƏY
Yusif Nəzərli
12:33 20.06.2024
Cəmiyyət
571
Həyatımızın əvəzedilməzləri arasında yer alan səhər yeməyi gündəlik yaşayışımız, sağlam qidalanmağımız və bədənimizin gümrah qala bilməsi üçün çox vacibdir. Səhər yeməyi süfrəsi üçün bəzi əvəzolunmaz məhsullar mövcüddur. Pendir bu məhsullar arasında ən çox istehlak edilən qidadır.
Bəs, gündəlik qidalanmada pendirin rolu nədir? Pendir alarkən nəyə diqqət etməliyik? Hansı növ pendirdən istifadə etmək daha məsləhətlidir?
Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov ''Sherg.az"a deyib ki, pendir orqanizm üçün olduqca faydalıdır:
''Bu qidanın tərkibində vacib amin turşuları, protein, kalsium, fosfor, sink, A, B vitaminləri var. Pendir qan şəkərinin səviyyəsinə nəzarət edir, bağırsaq sistemini balanslaşdırır, əzələ inkişafını, immunitet sistemini gücləndirir. Pendir alarkən ilk növbədə onun dadına baxmalısınız. Əgər dadı turşdursa, pendiri almaqdan imtina edin. Çünki, süd məhsulu olan pendirdə bakteriyalar sürətlə çoxalır. Bu da pendirin dadının dəyişməsinə səbəb olur. Pendir məhsulları arasında seçim etməzdən əvvəl pendirin görünüşünə diqqət yetirmək lazımdır. Onun rəngi tamamilə ağ, parlaq və canlı olmalıdır. Həmçinin satın aldığınız pendirin kənarlarında və ya ətrafında pas, kif və ya duzlu su ilə çirklənmə olmadığından əmin olun. Pendir çox sərt və yumşaq olmamalıdır''.

Ekspert vurğulayıb ki, seçdiyiniz pendirin qablaşdırmasının səliqəli və bütöv olmasına diqqət yetirin: "Pendir hava ilə təmasda olduqda, xarab olma mərhələsi başlayır. Pendirin yaxşı qablaşdırılması hava ilə təmasda olmaının qarşısını alar. Hər məhsulda olduğu kimi pendirin də son istifadə tarixinə baxın. Pendir məhsullarını alarkən təkcə onların dadına və görünüşünə deyil, keyfiyyətinə, qida dəyərinə, istehsal şəraitinə də fikir vermək lazımdır. Əlavə olaraq yağlı pendir yeməkdən çəkinməyin. Çoxlu miqdarda qəbulunda fayda var''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm