Sənədsiz uşaqlar insan alveri qurbanlarının övladları deyil
Yusif Nəzərli
15:08 30.04.2022
Cəmiyyət
619
Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur
"Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır"
2021-ci ildə qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb. Bu barədə məlumat Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik hesabatında əksini tapıb. Hesabatda qeyd olunur ki, müvafiq sənədlərin olmadığı uşaqlardan 937-si qeydə alınıb, digərlərinə doğum faktının müəyyənləşməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hüquqi yardım göstərilib.
Sənədsiz uşaqlar arasında insan alveri qurbanlarının övladlarının olması ehtimalları da səslənir. Əsas məsələ isə bu uşaqların necə, hansı şəraitdə aşkarlanmasıdır. Bu barədə “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd etdi ki, uşaqların sənədsiz qalması sadəcə, valideyn məsuliyyətsizliyi, səhlənkarlığının nəticəsidir:
- Xeyr, bu uşaqlar insan alveri qurbanlarının övladları deyil. Lakin onlar, məhz sənədsiz olduqlarına, qeydiyyata alınmadıqlarına görə insan alverinin potensial qurbanı hesab olunur. Bu uşaqlar əsasən valideyn diqqətsizliyi, səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən qeydiyyata salınmayıb və heç bir sənədləri də olmayıb. Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur. Burada qeyri-rəsmi nikahdan doğulanlar, atalığın müəyyən olunmaması, evdə doğuş halları, baxımsız körpələr, valideynin imtina etdiyi körpələr, regionda doğulub Bakıda yaşayan, yaxud əks halın yaşanması səbəbləri var ki, bu kimi hallarda körpələr qeydiyyatdan kənar qalır və heç bir sənədləri də olmur. Bu uşaqlar arasında roman qrupuna aid ailələrin övladları da ola bilər. Məlumdur ku, ölkə ərazisində yaşayan romanların heç özləri qeydiyyata düşmür, nəinki körpələr.
K.Ağazadə bildirdi ki, sənədsiz uşaqlar bir çox hallarda məhkəmə prosesləri zamanı aşkarlanır:
- Atalığın müəyyənləşməsi, yaxud aliment təyini üçün məhkəməyə müraciət edildikdə məlum olur ki, körpənin heç bir sənədi yoxdur. Həkimə, poliklinikaya müraciət edildikdə sənəd tələb edilir. Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır. Bağçaya, məktəbəqədər hazırlığa, hətta məktəbə qeydiyyat üçün körpənin sənədi tələb edildikdə, valideyn “ayılır” ki, uşağın hələ də sənədi yoxdur. Azərbaycan Uşaqlar Birliyinə belə müraciətlər çox daxil olur, valideyn uşağa sənəd düzəltmək istədiyini deyir, biz də lazımi instansiyalara yönləndiririk. Uşaq gələcəkdə hər hansı problemlə üzləşməsin deyə, mütləq qeydiyyata alınmalıdır ki, müvafiq sənədləri də olsun, vətəndaşlığı da müəyyənləşsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil