Səsini çıxaran yoxdur
Məlahət Rzayeva
09:44 01.06.2021
Cəmiyyət
549
Kürdəmirdə 4 tənha qadın hücuma məruz qalıb
"Hadisənin konkret hansı kənddə baş verdiyi komitə tərəfindən müəyyənləşdiriləcək"
Sosial şəbəkədə Kürdəmirdə baş vermiş hadisə haqqında məlumat yaılıb. Məlumatda bildirilir ki, Kürdəmirin kəndlərindən birində naməlum bir şəxs gecə yarısı evlərdən birinin işığını “rubilnik”dən söndürüb, sonra da evə basqın edib. Həmin evdə körpələri ilə tək yaşayan qadını çox ağır şəkildə döyüb, başını yerə çırpıb, sonra isə qaçıb.
Qadının çığırtısına heç kim gəlməyib, uşaqlar sarsıntı içində. Qadının polisdə işləyən yaxını hadisədən xəbər tutub, araşdırma başlanıb. Araşdırma zamanı məlum olub ki, həmin kənddə başqa üç tənha qadın da (hamısının əri Rusiyada iş dalınca gedib) eynilə bu cür hücuma məruz qalıb, fəryadına yetişən olmayıb: “Qadınlar susub, şikayət qaldırmayıb.
Dörd qadın ağır şəkildə döyülüb, amma şikayət etməyiblər. Sonuncunun yaxını (kişi) polis olmasaydı, bu barədə kimsə xəbər tutmayacaqdı. Kim bilir, niyə şikayət etməyib. Şikayətinə baxan olacaqdımı? Arxasınca dedi-qodular dolaşmayacaqdımı? Haqqını tələb edən qadın damğalanmayacaqdımı? Susub qadın, çox zaman olduğu kimi”.
Məlumatla bağlı rəsmi açıqlama yoxdur.
“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərdiyini bildirdi:
- Bu məlumatı biz də sosial şəbəkədə oxuduq. Öz tərəfimizdən də dəqiqləşdirmə aparırıq. Eyni zamanda məlumatı Dövlət Komitəsinə göndərmişik. Hadisənin konkret hansı kənddə baş verdiyi komitə tərəfindən müəyyənləşdiriləcək. Məlumatı həmçinin hüquq-mühafizə orqanları da araşdırır. Harda baş verməsindən asılı olmayaraq fiziki təzyiqə, işgəncəyə məruz qalmış qadınlar bu barədə yerli orqanlara xəbər verməlidirlər. Əgər ölçü götürülməsə, o zaman etiraz etsinlər, biz də öz tərəfimizdən hər bir qadına dəstək olmağa, yardım etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə