Siyavuş Novruzov: “İranın əlaltıları özlərini yığışdırsınlar”
Yusif Nəzərli
08:34 04.04.2023
Cəmiyyət
402
“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burada oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirmək lazımdır.
“Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var: “Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar”. Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var”, - deyə o bildirib.
Deputat qeyd edib ki, bu terror aktı ilə Azərbaycanın gözünü qorxutmaq istəsələr də, onlar buna nail olmayacaqlar.
“Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Biz öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik”, - S.Novruzov əlavə edib.
O söyləyib ki, İran dövləti Naxçıvan sərhədlərinə yaxın yerlərə qoşun yığıb. Millət vəkili qeyd edib ki, Azərbaycanın İrana qarşı mübarizəsi üçün gücü və qüvvəsi var.
“Biz orada döyüşməyə də hazırıq. Həm siyasət cəbhəsində, həm də digər sahələrdə. Qoy bilsinlər ki, Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq etmək lazımdır ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki, bizim də kifayət qədər gücümüz və qüvvətimiz var”, - deyə o fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə