Sövdələşməyə gedən hər iki tərəf məsuliyyət daşıyır
11:21 10.04.2021
Cəmiyyət
604
Uzun illərdir saxta əlilliklərlə bağlı özbaşınalıqlar mövcuddur
"Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb: “Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”.
Məsələ ilə əlaqədar "Şərq"ə danışan iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, bu hal çox təəssüf doğurur:
"Uzun illərdir ki, bu sahədə müəyyən özbaşınalıqlar, resursların təyinatı üzrə istifadə olunmaması istiqamətində işlər görülüb. Hazırkı araşdırmalar, əlillərin fakt üzrə yenidən müayinədən keçirilməsi də bunun bariz nümunəsidir ki, kifayət qədər çox sayda insan, ümumiyyətlə, əlillik dərəcələrinə uyğun olmayan halda həmin imtiyazlardan yararlanıb.
Əlbəttə, bu, ilk növbədə cinayət tərkibli işdir və məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq işlər həyata keçirilir. Təbii ki, sözügedən tədbirlər görülməli və aydınlaşdırılmalıdır.
Burada birtərəfli məsuliyyətlə iş bitməməlidir. Sövdələşməyə gedən tərəflərin ikisi də məsuliyyətə cəlb olunmalıdır. Birincisi, bu hal əlilliklə bağlı müavinətlərin toplandığı fondun təyinatı üzrə istifadə olunmamasına şərait yaradır. İkincisi isə milli mentalitetimizin tələblərinə cavab vermir.
Ona görə bu qədər sayda insanın əlillik dərəcəsinə layiq olmadığı halda aşkarlanması çox təəssüf doğurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya