“Spikerin İran səfərinin mahiyyətini başa düşməyiblər” – “Qara piyar”a son!
Banuçiçək Kalbalıyeva
15:04 09.08.2021
Cəmiyyət
970
“Görüş protokol qaydalarına uyğun olaraq həyata keçirilib”
“Həmçinin səfər zamanı Xocalı faciəsi gündəmə gətirilib”
“Düşünürəm ki, belə həqiqətə uyğun olmayan mövqelər Azərbaycan parlamentinin son illərdəki uğurlu fəaliyyəti ilə əlaqəlidir”
“Milli Məclisin sədri Sahibə xanım Qafarovanın İran səfəri ilə bağlı səslənən birmənalı olmayan fikirlər məni məyus etdi. Onlar səfərin mahiyyətini başa düşməyiblər”.
Bu sözləri millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Parlamentarinin fikrincə, səslənən bir çox fikirlər qərəzlidir:
“Görüş protokol qaydalarına uyğun olaraq həyata keçirilib. Həmçinin səfər zamanı Xocalı faciəsi gündəmə gətirilib. Düşünürəm ki, belə həqiqətə uyğun olmayan mövqelər Azərbaycan parlamentinin son illərdəki uğurlu fəaliyyəti ilə əlaqəlidir.
Belə ki, bu, bir çoxlarında qıcıq yaradır.
Milli məclisin sədri Sahibə Qafarova hətta pandemiya dövründə çox fəal oldu, o cümlədən Azərbaycan - Türkiyə və Pakistan arasında üçtərəfli bəyanat imzalandı.
Həmin faktlar qara piyarla nəticələndi. Halbuki səfər zamanı Azərbaycan mövqeyi ən yüksək səviyyədə dəstəkləndi, protokol qaydalırına riayət edildi.
Reallığı əks etdirməyən fikirlər isə parlamentimizin nüfuzuna, beynəlxalq əlaqələrimizə zərbə vurmaqdan ötrüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm
Günün qoroskopu: Riskli maliyyə addımlarından uzaq durun
08:48 06.08.2026
Sosial
“Daha 17”də yeni sima
07:51 06.08.2026
Şou