"Ona görə də müəyyən müddət sonra bu qərarın qüvvədən düşəcəyini və avtobus zolağından istifadə edən taksi sürücülərinə də cərimə yazılacağını güman edirəm"
Taksilərin avtobus zolaqlarından istifadəsi özünü doğruldacaq? - AÇIQLAMA
05:51 17.10.2023
Cəmiyyət
688
Zamanın tələbi, amma...
"Ona görə də müəyyən müddət sonra bu qərarın qüvvədən düşəcəyini və avtobus zolağından istifadə edən taksi sürücülərinə də cərimə yazılacağını güman edirəm"

"Ona görə də müəyyən müddət sonra bu qərarın qüvvədən düşəcəyini və avtobus zolağından istifadə edən taksi sürücülərinə də cərimə yazılacağını güman edirəm"
Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi avtobus zolağı təşkil edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) tərəfindən həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılıb.
Bakı-Sumqayıt şosesində ictimai nəqliyyat vasitələri üçün çəkilən zolaqda digər avtomobillərin bu zolaqdan istifadəsi qadağandır.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli sürücülərə müraciət edərək bildirib ki, digər nəqliyyat vasitələrinin sürücüləri ictimai nəqliyyat vasitələri üçün çəkilən zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaratmasınlar. Avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə olunurlar.
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə deyib ki, taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər.
Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər. Taksi sürücüləri də irəli sürülən təklifi yüksək qiymətləndirirlər. Onlar da saatlarla tıxacda qalmayacaqlarını və maddi baxımdan büdcələrinə müsbət təsir edəcəyini deyirlər.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı isə “Xəzərxəbərə”ə bildirib ki, beynəlxalq təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər. Çünki taksi də ictimai xidmət sahəsi hesab edilir və bunun üçün paytaxtın bəzi küçə və prospektində olan xüsusi zolaqlardan onların da istifadəsi mümkündür.
Ekspert hesab edir ki, qanunsuz fəaliyyət göstərib, amma avtobus zolağına daxil olan taksi sürücüləri xüsusi texniki vasitələrlə müəyyən ediləcəklər. Onlar barəsində də qanunamüvafiq qaydada cərimə tətbiq ediləcək.
Ekspert hesab edir ki, avtobus zolaqlarının çəkilməsi müsbət addımdır. O, avtobus zolağına daxil olan qeyri-nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməli olduğunu düşünür.
Əslində, taksilər də avtobuslar kimi ictimai nəqliyyat sayılır. Sadəcə, fərq sərnişin tutumundan ibarətdir. Biri 4 nəfər, digəri isə 70-80 nəfər apara bilir. İşi elə qurmaq lazımdır ki, imkan dərəcəsində hər iki ictimai nəqliyyat vasitəsinə yer ayrılsın. Piyada yolu və velosiped zolaqları olduğu kimi ictimai nəqliyyatın da öz zolaqları olmalıdır.
Nəqliyyat eksperti Aslan Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Xırdalan dairəsindən Bakı Avtovağzalı istiqamətinə və ya əks istiqamətə hərəkət edən marşrut avtobusları üçün xüsusi zolağın çəkilməsi zamanın tələbi idi:
“Sözsüz ki, bu zolaqların yollarda daha da sıxlığa səbəb olması digər nəqliyyat vasitələrini idarə edən sürücüləri narahat edir. Buna da səbəb odur ki, gündəlik olaraq gediş-gəlişdə həmin yoldan istifadə edən sürücülər avtobuslar üçün ayrılmış zolaqdan məhrum olurlar. Amma Bakı-Sumqayıt yolunda hərəkət düzgün təşkil olunarsa, zolaq sıxlıq yaratmaz”.
Ekspertin sözlərinə görə, geriyədönmə ilə bağlı müəyyən problem var ki, onlar aradan qaldırılmalıdır. “Şamaxinka” dairəsindən birinci dairəyə sola və əks istiqamətə doğru daxil olanda geriyə dönmə maneəlidir:
“Eyni zamanda Bakı Avtovağzal metrostansiyası yaxınlığındakı zolaqda avtobus dayanacağı qoyulmalıdır ki, Xırdalan, Masazır və digər yerlərdən gələn vətəndaşlarımız maneəsiz olaraq metrostansiyaya daxil ola bilsin. Bakıdan üzü Xırdalan istiqamətinə geriyə dönmədə də çatışmazlıqlar var. Geriyədönməni işarə edən lövhələr olmadığı üçün əraziyə bələd olmayan sürücülər birbaşa Xırdalan dairəsindən geriyə dönməli olur. Bu da yollarda əlavə sıxlığa səbəb olur”.
Taksilərin həmin zolaqdan istifadəsinə gəldikdə isə A.Əsədov deyib ki, müvəqqəti olaraq effekt versə də, gələcəkdə bu sistem özünü doğrultmayacaq: "Bakı şəhərində taksi xidməti göstərən sürücülərin sayı kifayət qədər çoxdur. Ona görə də müəyyən müddət sonra bu qərarın qüvvədən düşəcəyini və avtobus zolağından istifadə edən taksi sürücülərinə də cərimə yazılacağını güman edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm