Tanınmış yazıçı da Fazil Mustafanın təklifini dəstəklədi
11:00 28.12.2023
Cəmiyyət
715
"Yazıçı Yusif Vəzir Çəmənzəminlinin Rusiyanın Nijni Novqorod şəhəri yaxınlığındakı həbs düşərgəsinin qəbirstanlığında basdırılmış nəşini doğulduğu Şuşaya gətirib dəfn etmək ölkə həyatında əsl tarixi hadisə olar".
"Sherg.az" xəbər verir ki, bunu tanınmış yazıçı-publisist Vahid Qazi Feysbukda yazıb.
Yazar bildirib ki, bu təklifi irəli sürənlər, dəstəkləyənlər sağ olsunlar:
"Fikrimcə, Yazıçılar Birliyi, başqa yaradıcı təşkilatlar, şəxslər bu ideyanın həyata keçirilməsinə nail oluncayadək gündəmdə saxlamaqla böyük missiya həyata keçirmiş olarlar. Yusif Vəzirin “Studentlər” romanında Şuşa belə təsvir olunub:
“Əvvəla, rеalni məktəb еrməni məhəlləsində idi. Ikinci, bütün hökumət müəssisələri də оrada idi. Еrməni məhəlləsi şəhərin abad bir yеri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Оdur ki, biz hər gün еrməni hissəsinə gəzməyə gеdərdik. Yayda hər axşam bulvarda оlardıq”. Çəmənzənimlinin Şuşada dəfn edilməsi faciəli həyat hekayəsini işıqlı sonluqla bitirmək qədər müqəddəs iş olar.
Böyük ədib bu dəfəki qayıdışında Rusiyanın, Ermənistanın işğalından azad olunmuş şəhərinə dönər. Dönər və görər ki, daha bu şəhərin hər yanı “türk hissəsidir”, azaddır və abadlaşır. Heç Qarabağ da daha “İki od arasında” deyil!".
Məlumat üçün bildirək ki, ötən gün Milli Məclisində çıxış edən millət vəkili Fazil Mustafa Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsini təklif edib. Y.V.Çəmənzəminlinin varisləri də bunun reallaşmasını arzuladıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə