
"Təkərli kitab dükanı"
04:03 10.10.2023
Cəmiyyət
590
“Qanun” Nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu növbəti dəfə maraqlı aksiya başladıb. Bu barədə məlumatı Ş.Xuduoğlu sosial şəbəkə üzərindən paylaşaraq bildirib ki, bundan sonra kitabsevərlərin görüşünə o özü gedəcək, həm də əlidolu: təkərli kitab dükanıyla: “Nigarla (“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli – M.R.) çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır. Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən sosial layihə kimi "Təkərli kitab dükanı" yaratdıq. Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq”. Ş.Xuduoğlu planlarını da açıqlayıb:

- Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq. Bizim həyatımız kitabla bağlıdır. Yalnız Bakıda kitab yaymaq elə bil işimizin və həyatımızın mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm