”Teknofest”in gətirdiyi yeni nəfəs ekosistemin inkişafına təkan verəcək
09:42 29.05.2022
Cəmiyyət
678
Ekspert diqqət çəkib ki, “Teknofest”də məktəblilərin, uşaqların, tələbə və gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardır
“Texnofest” bütün istiqamətlər üzrə, avia şou, hərbi texnologiyalar, startaplar, dronlar, müxtəlif innovasiyalar, robotlar, smart texnologiyala , rəqəmsal həllər üzrə möhtəşəmliyini qoruyub saxlayır”.
“Sherg.az” xəbər verir ki, bu barədə Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.
Mütəxəssis bildirib ki, maraqlı məqam odur ki, istər avia şou olsun, istər startap və İT layihələrin yarışması, istərsə də müxtəlif yönümlü stendlərin təqdimatların hamısında çoxsaylı ziyarətçilər, maraqlananlar vardı:
“Ziyarətçilərin çoxluğunun da gənclər və yeniyetmələr olması diqqəti cəlb edirdi. Ümid edək,”Teknofest”in gətirdiyi yeni nəfəs ekosistemin inkişafına təkan verəcək və sektordakı problemlərimizin həllini daha da sürətləndirəcək. Bu platformanı qorumaq və inkişaf etdirmək olduqca vacibdir. Düşünürəm ki, “Teknofest” texnologiyaların gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.
O.Gündüz diqqət çəkib ki, “Teknofest”də məktəblilərin, uşaqların, tələbə və gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardır:
“Texnofest”də müxtəlif təyinatlı, yük daşıyan, müşahidə aparan, dərman-gübrə səpən, mina axtaran və s. istiqamətlər üzrə çoxsaylı dronlar təqdim edilib. Sual oluna bilər ki, burada qeyri-adi nə var? Qeyri-adilik odur ki, ölkəmizdə dronlarla bağlı məhdudiyyət var. Yəni dronlar dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısına daxil edilib. Mövcud müvəqqəti Qaydalara görə dron gətirmək üçün 6 dövlət qurumunun rəyi lazımdır, istifadə ilə bağlı qeyri-müəyyənliklər çoxdur. Təsəvvür edin, ölkəmizdə dronlara qadağa olduğu halda bu cür çoxsaylı maraq müşahidə olunur. Əgər normal bir qeydiyyat və istifadə qaydaları hazırlansa, düşünürəm ki, bu sahə daha da sürətli inkişaf edə bilərdi. Ümumiyyətlə, “Teknofest” həm də qərar qəbul edənlərimiz üçün, hökumət üçün də həlli vacib olan, sürətləndirilməsinə ehtiyac olan xeyli məsələlər haqqında ciddi mesajlar verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual