Təndirxanadakı vəziyyətə görə AQTA da günahkardı - Qida mütəxəssisi
04:40 24.08.2023
Cəmiyyət
547
Bir ədəd əl-üz dəsmalını asırlar, günlərlə, bəlkə həftələrlə bütün işçilər əllərini o dəsmalla silir
Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi, 9 ünvanında fəaliyyət göstərən "Təndirçi" qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Qurumun yaydığı məlumata görə, agentlik əməkdaşları tərəfindən fiziki şəxs Mahirə Əhəd qızı Hüseynovaya məxsus qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədikləri və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.
Qida mütəxəssisi Ağa Salamov “Sherg.az"a açıqlamasında qeyd edib ki, təndirxanadakı vəziyyətə görə AQTA da günahkardı:
" İstənilən istehsal sahəsində, müəssisədə, o cümlədən də ərzaqla, qida ilə bağlı istənilən sektorda, iaşə obyektində sanitar-gigiyenik qaydalar öndə olmalıdır. İşçilər hər 6 aydan bir tibbi müayinədən keçməlidirlər. Məsələ təkcə sağlamlıqda deyil. Həm də işçi heyətin sanitar-gigiyenik normalara, şəxsi təmizliyə ciddi riayət etməsindədir. İşçilərin əlləri, dırnaqları təmiz olmalıdır, çünki qida müəssisələrində, ərzaqla təmasda olan işçilərin natəmizliyi çarpaz çirklənməyə səbəb olur, bu da bakterioloji çirklənmə yaradır. Sanitar-gigiyenik normalara səthlərin təmizlənməsi də daxildir. Çox zaman şahidi oluruq ki, istehsal sahələrində səthlər lazımi qaydada təmizlənmir, xüsusi təmizləyici vasitələrdən istifadə edilmir. Bunlar hamısı qida çirklənməsinə, nəticə etibarilə də qida zəncirinin sonuncu halqası olan istehlakçının zəhərlənməsiylə nəticələnə bilər. İstehsal müəssisəsində birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmallar olmalıdır. Bir ədəd əl-üz dəsmalını asırlar, günlərlə, bəlkə həftələrlə bütün işçilər əllərini o dəsmalla silir. Bu, açıq-aşkar natəmizlik, anti-gigiyenik vəziyyətdir. Bəzi istehsal müəssisələrində sabun da olmur. Halbuki, sanitar qovşağın istehsal müəssisəsindən kənarda yerləşməsi, əllərin yuyulma yerininsə sanitar qovşaqdan kənarda olması, əllərin yuyulması üçün duru sabunların olması vacib sanitar-gigiyenik qaydalardır. İşçilər əllərini yumaq üçün sanitar qovşağa – ayaqyoluna daxil olmamalıdır. Əllərin yuyulma yeri ayaqyolu ilə bir yerdə olmamalıdır. Soyunma-geyinmə yeri də qidaların hazırlandığı, çörək bişirilən yerin, bir sözlə istehsal müəssisəsi xaricində olmalıdır. Sözügedən təndirxanada bu nöqsanları bir vətəndaş aşkarlayıb. Amma təndirxananın fəaliyyətinə AQTA icazə verib. Bəs təndirxananın fəaliyyətinə icazə verəndə görmürdülər sanitar qovşaq təndirin, un çuvallarının yanındadı?! Bəlkə o vaxt həmin unitaz orada olmayıb, bəs AQTA əməkdaşları soruşmayıb ki, sizin sanitar qovşaq hardadı, harda olacaq, işçilər ayaqyoluna hara gedəcək? Bəzən belə də olur ki, müəssisə nöqsanları aradan qaldıracağını deyir. Lakin hesab edirəm ki, nöqsanlar aradan qaldırılmamış istehsala icazə verilməməlidir. AQTA iddia edə bilər ki, ölkə üzrə bütün istehsal müəssisələrini yoxlamaq onların imkanı xaricindədir. O zaman bu cür eybəcər vəziyyət yaranmasın deyə, sanitar-gigiyenik normalara cavab verən istehsal müəssisəsinin fəaliyyətinə icazə verilsin. Bu fotodan görünür ki, istehsal müəssisəsi əvvəldən bu şəraitdə olub, uzun müddətdir də bu cür fəaliyyət göstərir".
A.Salamov qeyd etdi ki, AQTA istehsal müəssisələrinə fəaliyyət üçün icazə verdikdə sahibkarlara maarifləndirici vərəqələr də paylamalıdır:
"Hazırda öz peşəsi ilə, ixtisası üzrə çalışanlar azdır. Akademik də, görürsən ki kafe açıb işlədir. Qida təhlükəsizliyindən anlayışı olmayanları maarifləndirmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya