Tənzimlənmə aparılırsa, bunun gediş haqqına heç bir təsiri yoxdur - EKSPERT
13:04 02.11.2023
Cəmiyyət
576
Azərbaycanda şirkətlər bir az xərcə düşən zaman qiymətə müdaxilə edirlər
Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənəcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin “Fərqlənmə nişanı” almaqla sadələşdirilmiş qaydada yerinə yetirilməsi ləğv olunacaq. Həmin şəxslər rüb ərzində 30% limit nəzərə alınmaqla, vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcəklər. Eyni zamanda dövriyyə 200 min manatı keçdikdə məcburən ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.
Sərnişin daşıma ilə məşğul olanlara (taksi istisna olmaqla) münasibətdə isə mövcud vergi rejimi saxlanılır. Bu şəxslərə göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir vergisinin) və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir. Qeyd edilib ki, yükdaşıma sahəsində dəyişikliklərdə məqsəd sui-istifadə hallarının qarşısını almaqdır. Çünki göstərilən xidmətlərin dəyərindən asılı olmayaraq biznesə göstərilən yükdaşıma xidmətlərinin vergi yükü sabit məbləğdə (avtomobilin yükgötürmə qabiliyyəti hər tona görə 1 manat olmaqla) müəyyən edildiyindən mövcud rejim vergi yükünü azaltmaq məqsədilə bu xidmətlərin alıcılara süni şəkildə ötürülməsinə münbit şərait yaradır, büdcəyə çatası verginin azalmasına səbəb olur, eyni zamanda pul vəsaitlərinin nağdılaşdırılması alətinə çevrilir.
Nəzərə çatdırılıb ki, 2022-ci ilin nəticələri üçün yalnız daşıma fəaliyyətini həyata keçirən və ƏDV və mənfəət rejimində olmayan subyektlər tərəfindən göstərilən xidmətlərin dəyəri 291 milyon manat olub.
Belə bir sual ortaya çıxır. Bu qərar gedişhaqqlarına təsir göstərəcəkmi? Mövzu ilə bağlı "Sherg.az"ın suallarımızı cavablandıran Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hansısa sahədə tənzimlənmə aparılırsa, bunun gediş haqqına heç bir təsiri yoxdur:
"Hər bir şirkət, sahibkar müəyyən qaydalar çərçivəsində işləməyə məcburdur. Vergi ödənişləri də vaxtı- vaxtında ödənməlidir. Taksi sürücüləri isə standart vergi ödənişi həyata keçirir. Operatorların da göstərdiyi xidmətə görə hüquqi və yaxud fiziki şəxs qisimində faiz dərəcəsi nəzərə alınmaqla ödəniş qaydaları var ki, onları vaxtında ödənişi həyata keçirilməlidir. Ola bilsin ki, haradasa boşluq var, bu məsələlər tənzimlənəcək. Amma Azərbaycanda şirkətlər bir az xərcə düşən zaman qiymətə müdaxilə edirlər. Taksilərdə qiymət onsuz da kifayət qədər aşağı idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi minimal olaraq 2manat 50 qəpik-dən başlayan qiymət müəyyənləşdirib. Yüksək qiymətlər isə pik, boş saatlara uyğun olaraq şirkətlər istədikləri formaya uyğun olaraq tənzimləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya