Vasif Talıbov bir çox naziri qapıda gözlədib: İndi vəziyyət elə deyil
Yusif Nəzərli
11:50 10.02.2023
Cəmiyyət
491
"İndi Naxçıvana səfərlər keçmişdən miras qalan yeyintiləri müəyyənləşdirmək, maliyyə yoxlamalarının nəticələrini yerində öyrənmək, yerli rəhbərliyə bəzi vacib məsləhətlər vermək məqsədi də daşıya bilər".
"Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslərin Naxçıvana səfəri normal haldır".
Bunu "Sherg.az"a tanınmış jurnalist, "Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz baş nazirin müavini Şahin Mustafayevin Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşündən danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanın tərkib hissəsidir və rəsmi şəxslər tez-tez bu diyara səfər etməlidirlər:
"Məsələ burasındadır ki, Vasif Talıbov hakimiyyəti dönəmində Azərbaycan rəsmilərinin Naxçıvana səfərlərinə qısqanclıqla yanaşılırdı. Muxtar Respublika rəhbərliyi hesab edirdi ki, paytaxtdan bu diyara təşrif buyuranlar onun müstəsna səlahiyyətlərinə qarışır, Naxçıvanın muxtar statusunu tapdalayırdılar. Hətta Vasif Talıbovun bir çox naziri qapıda gözlədib, qəbul etmədən yola saldığı da olurdu. Məhz bu cür ərköyünlüyü sayəsində Naxçıvan hakimiyyətinin paytaxtdan ayrılan dotasiyaları tam nəzarətsiz mənimsədiyi də bəlli idi. İndi Naxçıvana bu kimi səfərlər keçmişdən miras qalan yeyintiləri müəyyənləşdirmək, maliyyə yoxlamalarının nəticələrini yerində öyrənmək, yerli rəhbərliyə bəzi vacib məsləhətlər vermək məqsədi də daşıya bilər. O ki qaldı Naxçıvanın təhlükəsizliyinə, hesab edirəm ki, bu diyarın müdafiəsi və mühafizə həmişə əmin əllərdə olub, bu gün də belədir. Şahin Mustafayev və digər rəsmi şəxslər Naxçıvanın birbaşa təhlükəsizliyində və müdafiəsində rol oynamayan insanlardır. Muxtar Respublikanın təhlükəsizlik məsələsi gündəmdə olsa idi, bölgəyə tamamilə başqa insanlar səfər edərdilər. Bu barədə rəsmi kanallara yaxın dairələrdən də bir sıra məlumatlar mediaya sızdırılır. Bununla belə, Azərbaycanın, xüsusilə də Naxçıvanın müdafiəsi yalnız bizi maraqlandıran təhlükəsizlik məsələsi deyil. Muxtar Respublika geosiyasi və strateji müttəfiqlərimizin də üzərində ciddi şəkildə dayandığı beynəlxalq layihələrin keçəcəyi dəhliz üzərində yerləşən ən mühüm coğrafi məkanlardandır. İstənilən təxribatçı hərəkətlər yalnız düşmənin məğlubiyyəti ilə nəticələnə bilər".
Qeyd edək ki, fevralın 9-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Qonaqlar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm
YAP-da ciddi struktur dəyişikliyi olacaq
16:23 24.09.2026
Siyasət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:21 24.09.2026
Ekologiya