
Vəhşi heyvanları cəlb etməmək üçün... -Ekspert
13:30 13.08.2024
Cəmiyyət
707
Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.
Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.
Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb.
"Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəfə qaçdı”.
Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.
Məsələni dəyərləndirən Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov “Sherg.az”a bildirib ki, ayılar tək meşə yox, həm də dağ heyvanıdır:

“İnsan məskənləri və təsərrüfatı genişləndikcə vəhşi təbiət daraldılaraq heyvanların yaşayış yerləri parçalanır. Bu bütün dünyada gedən prossesdir. İnsanlar məişət tullantılarını açıq ərazilərə atır. Bu isə yırtıcı heyvanları cəlb edir. Avropada, hətta Türkiyədə belə zibilliklərə kamera qurub baxırlar ki, ayılar həmin yerlərə gələrək özlərinə qida axtarırlar. Rahat əldə edilən qida və məişət tullantıları ayıları həmin yerlərə cəlb edir. Yırtıcı heyvanlar da kəndə gələrək insanlarla qarşılaşırlar. Ayı ilə rastlaşdıqda, qaçmaq lazım deyil. Çünki onun sürəti saatda 50-60 km dir. Ən surətli insan belə qaçıb canını qurtara bilməz. Adətən meşəyə gedən adamlar özü ilə pirotexniki vasitələr aparır. Bu ayıdan qurtulmaq üçün yaxşı vasitədir. Ayını görəndə gözünün içinə baxmamaq və panikaya düşməmək lazımdır. Gözünü ayıdan çəkmədən yavaş yavaş uzaqlaşmaq məsləhət görülür. İnsana ən çox yaralı və ya balası olan ayı hücum edir. Ümumiyyətlə vəhşi heyvanları cəlb etməmək üçün kəndlərin ətrafında zibilliklər yaratmamaq, məişət tullantılarını vaxtında outilizasiya etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
18:56 20.08.2026
Ekologiya
KL: Pley-off mərhələsinə start verilir
18:32 20.08.2026
Futbol
Velosiped 3 yaşlı qızın barmağını qopardı
18:23 20.08.2026
Hadisə
ABŞ-ın İran əməliyyatında yaralanan hərbçilərinin sayı 757-yə çatıb
18:17 20.08.2026
Dünya
Türkiyə siqaret istehlakında dünyada birinci oldu
18:14 20.08.2026
Sağlamlıq
Ermənistanda hərbçilərin ölümü ilə bağlı iddialar təkzib edildi
18:05 20.08.2026
Region
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:56 20.08.2026
Hadisə
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:29 20.08.2026
Hadisə
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
17:06 20.08.2026
İnfrastruktur
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
17:05 20.08.2026
Gündəm
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
16:58 20.08.2026
İqtisadiyyat
“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək
16:33 20.08.2026
Gündəm
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
16:02 20.08.2026
Gündəm
Zaqatalada QƏZA: 3 nəfər yaralandı - FOTO
15:53 20.08.2026
Hadisə