Vətən savaşı dövründə Sadıqov harada idi? – Deputat danışır
Fidan Həmişəyeva
15:31 31.03.2021
Cəmiyyət
1357
Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlı xəbərlər yenə ölkə gündəminin əsas mövzusudur. Ordumuzda baş verənlərlə bağlı müxtəlif iddiaların ardı-arası kəsilmir. Məhz bu iddialardan sonra parlamentin orduya nəzarəti məsələsi müzakirə edilir. Hətta bununla bağlı bəzi təkliflər də səsləndirilir. Bu yaxınlarda millət vəkili Zahid Oruc parlamentin orduya nəzarət etməli olduğuna dair təklif verib.
Maraqlıdır, bu təklif reallaşa bilərmi?
Sualımızı cavablandıran millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, ordumuza ümumxalq nəzarəti var. Eyni zamanda parlamentdə ordu ilə bağlı müəyyən müzakirələr aparılır, qanunlar qəbul edilir:
“Ordu elə bir qurumdur ki, orada hərbi və dövlət sirri kimi məsələlər var. Hərbi sistemdə olan bütün məqamlar ictimaiyyətə açıqlanmır. Lazım olduqda deputatlar parlamentdə və mətbu orqanlarda ordumuz barədə fikirlər irəli sürürlər”.
Deputatın sözlərinə görə, Nəcməddin Sadıqovla bağlı məsələ 20 ildən çoxdur ki, Azərbaycan mətbuatının gündəliyindən düşmür:
“Bu mövzuya dair tez-tez fikirlər söylənilir. 44 günlük müharibə dövründə də N.Sadıqovun “fəaliyyəti”, onun vəzifədən kənarlaşdırılması istiqamətində danışıqlar aparıldı. O, uzun illər Azərbaycan Müdafiə Nazirliyində çox yüksək vəzifə tutub. Onunla bağlı daha düzgün və doğru açıqlamanı Müdafiə Nazirliyi verə bilər.
Açıqlamaların hansı səviyyədə olmasına gəlincə, hərbi sistemin özünəməxsus qayda-qanunları və sirləri var. Düzünü desəm, N.Sadıqovla bağlı dəqiq məlumatım yoxdur. Amma İkinci Qarabağ müharibəsində onun fəaliyyətsizliyi və proseslərdən uzaqlaşdırılması hər bir azərbaycanlı kimi məni də narahat etdi.
Hər kəsdə sual yarandı ki, “Baş Qərargah rəisi Vətən müharibəsi dövründə harada idi və nə ilə məşğul olurdu?” Düşünürəm ki, bu sualın dəqiq cavabını yalnız Müdafiə Nazirliyi verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual