Xəzər dənizini də Aral və Urmiya gölünün aqibəti gözləyir? - AÇIQLAMA
08:06 27.07.2021
Cəmiyyət
532
Aral və Urmiya gölü sürətlə quruyur. Bu aqibətin Xəzər dənizini də gözləyəcəyi ilə bağlı müxtəlif fərziyələr var.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bu məsələnin illərdir müzakirə edildiyini, lakin qorxulu bir dəyişiklik baş vermədiyini bildirib.
Onun sözlərinə görə, Xəzər ən müəmmalı hövzələrdən biridir, lakin quruma məsələsi bu gün üçün prioritet deyil:
“Rusiya düzənliyinə düşən yağıntının miqdarı normaldır. Xəzər dənizinin 80 faiz suyunu Volqa çayının təmin etdiyini nəzərə alsaq, Xəzər üçün təhlükə olmadığını görə bilərik. Ümumiyyətlə Xəzər dənizində suyun dövranı, hidroloji vəziyyəti, suyun tərkibi və s. 150 ilə yaxındır araşdırılır.
Müəyyən vaxt suyun səviyyəsi aşağı düşüb, bəzi vaxtlar da artaraq sahilləri yuyub. Bir neçə il bundan öncə quraqlıq olanda, Xəzəri Ural çayı vasitəsilə Şimal dənizinə birləşdirmək barədə fikirlər səsləndirilmişdi, lakin sonradan bunun effektiv nəticə verməyəcəyi qənaətinə gəlindi. Mənə elə gəlir ki, Xəzər dənizi ilə bağlı belə qorxulu proqnozlar vermək o qədər də doğru deyil. Çünki burada suyun səviyyəsinin enib qalxmağının kifayət qədər tarixi var. Proses min illərdir gedir və bu vaxta qədər qorxulu bir hadisə baş verməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou