Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
"“YAŞAT” fondu dövlətin humanist siyasətinin təzahürüdür"
Banuçiçək Kalbalıyeva
13:37 08.12.2020
Cəmiyyət
540
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.
Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
Millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bu addımı yüksək qiymətləndirib:
“İlk növbədə onu deyim ki, Azərbaycan xalqı, cəmiyyəti həmişə öz xeyirxahlığı ilə seçilib, fərqlənib. Biz şəhid, qazi ailələrinə daim dəstək olmuşuq. Ölkədə fəaliyyət göstərən müxtəlif xeyriyyə cəmiyyətləri, həmçinin ayrı-ayrı fiziki şəxslərin məşğul olduqları biznes sektorunda həmin kateqoyidan olanları diqqətdə saxlaması dediyimiz faktın sübutudur.
"YAŞAT" fondu da birbaşa olaraq dövlətin humanist siyasətinin təzahürüdür. 12 nəfərdən ibarət komissiya proseslərin həyata keçirilməsinmə nəzarət edəcək. Əlbəttə, müharibədən sonra şəhid ailələrinin, qazilərin mənəvi və maddi dəstəklətə ehtiyacları var.
Onların rifahlarının təmin edilmələri istiqamətində bizneslə məşğul olmaları, kreditlərində güzəştlərin tətbiqi “YAŞAT”ın əsas mahiyyətidir.
Əlbəttə, biz qəhrəmanların və onların ailələrinin qayğılarını qismən həll edə bilərik. Buna baxmayaraq, hər birimiz sözügedən istiqamətdə əlimizdən gələni etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial