Yenə məktəb, yenə valideyn izdihamı...
Yenə məktəb, yenə valideyn izdihamı...
Yusif Nəzərli
13:36 12.09.2022
Cəmiyyət
532
Sənubər Heydərova:“Uşaqlara kiçik yaşdan evin ünvanını, telefon nömrələrini, və hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu öyrətmək lazımdır”
"Azərbaycanda valideynlər uşaqları müstəqil şəkildə yetişdirə bilmirlər.Buna görə də uşaqlar həm emosional, həm də fiziki cəhətdən valideyndən asılı qalırlar".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq Sənubər Heydərova 15 sentyabrda məktəblərin açılması ilə valideyin izdihamının artması barəsində danışarkən deyib.
O bildirib ki, xeyli sayda insan şəhərə axın edir və uşaqlar bu muhitə uyğunlaşa bilmirlər:
"Digər tərəfdən valideynlərdə qorxu, ehtiyat hissləri var. Özümüz də görürük ki, uşaqlara qarşı zorakılıq hadisələri çoxalıb. Bu da valideynlərin ehtiyatlı davranmasına və uşaqlarını tək buraxmamasına səbəb olur. Bununla da məktəblərin qarşısında izdiham yaranır. Eyni zaman da bunun sevinc tərəfini də unutmaq olmaz.
Ailələr övladlarının ilk məktəbə getmə anına şahidlik etmək istəyirlər. Özəl məktəblərdə belə halların qarşısını almaq üçün valideynlərə müəyyən yerə qədər övladlarını ötürməyə icazə verilir. Daha sonra uşaq özü müstəqil şəkildə məktəbə davam edir. Dövlət məktəblərində isə bu tələb yoxdur".
Ekspert qeyd edib ki, uşaqlara kiçik yaşdan evin ünvanını, telefon nömrələrini, və hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu öyrətmək lazımdır:
"Uşaqlar müstəqil şəkildə dostları ilə nə qədər vaxt keçirsələr, o qədər inkişaflarına yaxşı təsir edir. Belə olduqda onlar böyüyəndə daha sosial olurlar.
Yaxşı olar ki, valideynlər övladları ilə birlikdə bir neçə dəfə məktəbə gedib onlara yolu öyrətsinlər və bundan sonra onları məktəbə tək göndərsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol