Yeniyetmə ilə bağlı ŞOK AÇIQLAMA: "Gördük ki, normal uşaqdır..."
Yusif Nəzərli
14:30 04.04.2023
Cəmiyyət
519
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirildi. Bundan sonra ictimaiyyətin kəskin etirazı ilə məsələ daha da böyüdü. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində idi.
Məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxlayıb.
A.Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.
"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".
A.Rəsulov bildirib ki, hazırda yeniyetməyə sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır: "Biz yeniyetməni uşaq evinə geri göndərdik, çünki müalicəyə ehtiyacı yoxdur. 5-6 gün müalicə etdik, gördük ki, normal uşaqdır, göndərdik ki, getsin orada həyatını yaşasın. Uşaq evi qəbul etmədiyi üçün yenə qaytarıb gətirdik. Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün... Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə