Yol polisi sürücüləri saxlaya bilməz: Utilizasiya... -RƏY
Yusif Nəzərli
13:08 30.06.2024
Cəmiyyət
512
“Köhnə avtomobillərin utilizasiyası məcburi deyil. Yol polisinin sürücüləri saxlayıb avtomobilin istehsal ili ilə bağlı sənədləri yoxlaması da şayiədir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Ekspert qeyd edib ki, köhnə avtomobillərin utilizasiyası ilə bağlı həm ötən il, həm də bu il ərzində müvafiq qərarlar qəbul olunub:
- Köhnə avtomobillərin utilizasiyası məcburi xarakter daşımır. İstismarda olan və ya olmayan avtomobilini könüllü olaraq utilizasiyaya təhvil verən vətəndaşlara müəyyən məbləğ ödəniləcək. Bunlar hamısı utilizasiya, Utilizasiya Fondunun yaradıması, utilizasiya rüsumları ilə bağlı qərarlarda konkret əksini tapıb. Utilizasiyaya məruz qalacaq avtomobillərlə bağlı konkret il – istehsal ili yoxdur. Belə bir hal müəyyən edilməyib. Avtomobil qəzalı vəziyyətdədirsə, istismar edilmirsə, istismara yararsızdırsa, avtomobil sahibi tərəfindən utilizasiya ilə məşğul olan şirkətlərə təhvil verilə bilər. Şirkət də bunun əvəzində avtomobil sahibinə müəyyən rüsum ödəyir. Proses bu şəkildə icra olunacaq.
Qeyd edək ki, bir neçə gündür yol polisinin avtomobilləri saxlayaraq sənədləri yoxladığını, istehsal ili köhnə avtomobillərin istifadəsinə icazə vermədikləri barədə xəbərlər yayılıb. Bildirilir ki, istehsal ili köhnə olan avtomobillərin utilizasiyaya cəlb olunmasına başlanılır. Bu barədə Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı da deyib. L.Qasımov qeyd edib ki, Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. İstehsal ili köhnə olan avtomobil sahiblərinin narahatlığı da buradan qaynaqlanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə