Zəlimxan Yaqub adına Poeziya evinin tikintisinə torpaq sahəsi ayırılıb
02:39 19.02.2020
Cəmiyyət
638
Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.
Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.
Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətlə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət